Əlaqə Arxiv
news Image
2015.10.19
10:55
| A A A
Azərbaycan avtomobil idxalını 2 dəfə azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 22 915 ədəd avtomobil idxal olunub.

Movqe.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25 069 avtomobil və ya 2,09 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 733 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 386 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 584 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 212 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


Sizin Reklam Yeriniz