Əlaqə Arxiv
news Image
2015.10.19
18:16
| A A A
​Naxçıvana gələn turistlərin sayı artıb

Bu ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən 305 min 897 nəfər turist gəlib.

Movqe.az MR-in Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, son illər muxtar respublikada infrastruktur quruculuğu üzrə aparılan məqsədyönlü tədbirlər, o cümlədən yeni turizm obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına şərait yaradıb.

Məlumatda qeyd olunub ki, bu göstərici 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur.


Sizin Reklam Yeriniz