Dövlət sifarişi ilə tikilən obyektlərin qiymətləndirmə prinsipi dəyişir
Yeni prinsipə əsasən, qiymətləndirmə tikintinin başlaması dövründəki qiymətlər əsasında həyata keçiriləcək
Azərbaycanda dövlət sifarişi
ilə tikilən obyektlərin
qiymətləndirmə prinsipi dəyişəcək. Bu barədə Fövqəladə Hallar
Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin rəis müavini
Elxan Əsədov Tikinti
və Şəhərsalma Məcəlləsi
layihəsi üzrə keçirilən
ictimai dinləmələr zamanı
bildirib.
Dinləmələr Amerika Ticarət
Palatası,
Azərbaycan Hüquqşünasları Konfederasiyası,
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə
təşkilatçılığı ilə keçirilir.
"Yeni prinsipə əsasən, qiymətləndirmə indi edildiyi kimi 1991-ci ilin baza qiymətləri əsasında deyil, tikintinin başlaması dövründəki qiymətlər əsasında həyata keçiriləcək", - Əsədov deyib. Onun sözlərinə görə, bu çox çevik prinsipdir və onun tətbiqinin başlanması 2013-cü ildən gözlənilir.
"Biz bu gün ancaq dövlət büdcəsi hesabına maliyyələşdirilən obyektlərin tikintisinin qiymətləndirilməsini tələb edirik. Qurumu digər mənbələrdən maliyyələşdirilən obyektlərin tikintisinin qiymətləndirilməsi maraqlandırmır. Bu, bina tikən və investor arasındakı müqavilə əsasında həyata keçirilir və biz investorlardan qiymətləndirmə haqqında heç bir sənəd tələb etmirik", - o qeyd edib.