Əlaqə Arxiv
news Image
2015.10.21
10:30
| A A A
Azərbaycan yenə xarici investorların xüsusi diqqət mərkəzindədir
Rəşad Həsənov: “Qeyri-neft sektorlarına yönələn investisiyaların həcminin artırılması iqtisadi siyasətin əsas prioriteti sırasındadır”

Azərbaycan daim xarici investorların diqqətində ən cəlbediciməkanlardan biri olub. Bu səbəbdəndir ki, cari ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azerbaycan iqtisadiyyatina 5 milyard manata yaxin sərmayə qoyulub. Bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% çoxdur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçısı Rəşad Həsənov da xarici investisiyanın həcminin artdığını deyir: "Xüsusi ilə son dövrlər neft sektoruna investisiyanın həcmində artırım var. Artıq TAP, TANAP layihələrinin icra edilməsi, "Şahdəniz-2"nin işlənilməsi istiqamətində ciddi investisiya axınları baş verir. Bütün bunlar isə ölkəyə gələn xarici investisiyanın həcminin artmasına səbəb olan amillərdir. Qeyri-neft sektorlarına yönələn investisiyaların həcminin artırılması iqtisadi siyasətin əsas prioriteti sırasındadır. Hazırda iqtisadiyyata qoyulan xarci investisiyaların həcminin artması mübət məqamdır. Ölkə iqtisadiyyatının prioritetlərini nəzərə alsaq, qeyri-neft sektorunda investisiya imkanlarını mümkün qədər artırmaq lazımdır".

Rəşad Həsənov əlavə etdi ki, əvvəlki dövrlərdə ölkəyə qoyulan xarici investisiyalara limit tətbiq edilməsi kimi yanaşmalar var idi: "Ancaq qloballaşma bu kimi yanaşmaların aradan qalxmasına gətirib çıxarıb. Eyni zamanda ölkə iqtisadiyyatının xarici investisiyalardan 100% asılılığı da doğru deyil. Təqdirəlayiq haldır ki, yerli investisiyaların da həcmi artır. Müvafiq sahələrə nə qədər çox xarici investisiyalar cəlb olunursa, bu, ölkə iqtisadiyyatı bir o qədər inkişafına və eyni zamanda rəqabət qabiliyyətinin artmasına və paralel olaraq ölkəyə iqtisadiyyatına innovativ ideyaların, neotexnologiyaların axınına səbəb olur. Yəni, xarici investisiyanın gəlişi çox müsbətdir".



Sizin Reklam Yeriniz