Əlaqə Arxiv
news Image
2015.10.22
11:00
| A A A
Mənzil almaq asanlaşacaq, amma…
Rəşad Əliyev: “Bizdə tikinti şitkətləri nağd satışda bir qiymət, borcla satanda isə üzərinə müəyyən faiz gəlməklə başqa bir qiymət qoyurlar” Nicat Hacızadə: “Tikinti şirkətləri hər hansısa bankla birgə əməkdaşlıq edərək ipoteka ilə ev təklif edə bilər”

İpoteka üçün müraciət edənlərin sayı azalıb. Səbəb isə ipoteka şərtlərinin və faizlərinin çox olmasıdır. Əksər mütəxəsisslər hazırki ipotek proqramını əlverişli hesab etmirlər. Hökumət artıq ipoteka şərtlərinin dəyişidirilməsi istiqamtəində iş aparır. Buna qədər isə daşınmaz əmlak bazarında prosesi canlandırmaq üçün müxtəlif təkliflər səsləndirilir. Məsələn, xaricdə tikinti şirkətlərinin özləri də mənzilin satılması üçün sərfəli şərtlərlə ipoteka kreditləri verir. Bunun Azərbaycanda da tətbiqi zərui sayılır.

"Value and Sources" konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyevin sözlərinə görə, dünyada ümumi qayda belədir ki, krediti ancaq kredit təşkilatı verir: "Bunlar da ya bank, ya da bank olmayan kredit təşklatları ola bilər. Amma Azərbaycanda da tikinti şirkətlərinin faktiki olaraq, mənzilləri kreditlə satması praktikası var. Xaricdə də bu cür praktika mövcuddur. Sadəcə olaraq, bu təcrübə kredit hesab edilmir. Buna möhlətlə, borcla satış deyilir. Yəni, malın dəyəri hissə-hissə müəyyən müddətə ödənilməlidir. Ona görə də bu proses birbaşa kredit hesab edilmir.

Digər tərəfdən, Azərbaycanda mənzil satışında müxtəlif kombinasiyalar təşkil olunub. Məsələn, "7 Hills" Beynəlxalq Bank ilə əməkdaşlıq edirdi. Həmin binalardan satışları, ipotekanın alınmasını Beynəlxalq Bank maliyyələşdirirdi. Bu, çox yaxşı üsul idi. Sadəcə olaraq, böhran vaxtına təsadüf etdiyindən həmin layihə realizasiya ola bilmədi. Xaricdə də oxşar praktikadan istifadə edirlər. Tikinti şirkəti hansısa bankla partnyorluq sazişi və ya başqa formada münasibə qurur. Aralarında müqavilə ilə razılaşma əldə edirlər ki, həmin tikinti şirkətinin tikdiyi binadan kim mənzil alsa, ipoteka kreditini müqavilə bağladığı bank verəcək. Yəni, tikinti şirkətləri özü birbaşa olaraq kredit ilə mənzil satmırlar. Müştəriyə krediti bank verir. Bank da pulu tikinti şirkətinə ödəyir. Yaxud da tikinti şirkətinin özü dəyəri hissə-hissə ödəmək şərti ilə borcla satış həyata keçirir. Bizdə isə bu sonuncu prosesinin mənası dəyişdirib, hissə-hissə ödənişə də kredit deyirlər. Amma faktiki olaraq, kredit məhz kredit təşkilatı tərəfindən verilən maliyyə alətidir. Həmin alətin üzərinə müəyyən faiz gəlir. Bizdə tikinti şitkətləri nağd satışda bir qiymət, borcla satanda isə üzərinə müəyyən faiz gəlməklə başqa bir qiymət qoyurlar. Bunun da adına kredit deyirlər".

Digər iqtisadçı-ekspert Nicat Hacızadə bildirir ki, ipoteka krediti pul münasibətlərini tənzimlənməsi ilə bağlı olduğundan əsasən kommersiya banklarının öhdəsinə düşür: "Tikinti şirkətlərinin ipoteka ilə ev alqı-satqısı keçirməsi istiqamətində bizdə müvafiq qanun yoxdur. Nəzərə alaq ki, bu məsələ kommersiya bankları tərəfindən tənzimlənir və bu hüquq onlara verilib. Tikinti şirkətlərinin belə bir öhdəlikləri yoxdur.

Bundan əlavə, Azərbaycanda hal-hazırkı durumda tikinti şirkətlərinin özlərinin ipoteka verməsinin tərəfdarı deyiləm. Çünki, son 5 ildə tikinti şirkətləri haqqında çoxsaylı cinayət işlər açılıb. Bnların da böyük əksəriyyəti dələduzluq maddəsi ilə bağlı olub. Bu tipli riskləri aradam qaldırmaq mümkündür. Amma tikinti şirkətləri hər hansısa bankla birgə əməkdaşlıq edərək ipoteka ilə ev təklif edə bilər. Sırf şirkətin özünün bunu etməsi mümkün deyil".

Sizin Reklam Yeriniz