Əlaqə Arxiv
news Image
2015.10.22
11:20
| A A A
Hökumətdən lizinqlə bağlı qərar

İlkin ödənişin məbləği və lizinqin müddəti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən ediləcək

Nazirlər Kabineti "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nda dəyişiklik edib.Qaydaya əsasən hüquqi və fiziki şəxslər "Aqrolizinq" ASC-yə məxsus texnikanın və texnoloji avadanlıqların lizinqə verilməsi və ya lizinq yolu ilə satılması barədə "Aqrolizinq" ASC-yə yazılı formada müraciət edir.İndiyə qədər müraciətə uyğun olaraq "Aqrolizinq" ASC tərəfindən texnikanın və texnoloji avadanlıqların müəyyən haqla, müəyyən müddətə, mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə lizinqə verilməsi və ya texnikanın texnoloji avadanlıqların dəyərinin ən geci 10 ilə ödənilməsi şərtilə istifadəçiyə lizinq yolu ilə satılması barədə 3 iş günü müddətində müvafiq qərar qəbul edilib. Dəyişikliyə əsasən bundan sonra müraciətə uyğun olaraq "Aqrolizinq" ASC tərəfindən texnikanın və texnoloji avadanlıqların müəyyən haqla, müəyyən müddətə, mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə lizinqə verilməsi və ya texnikanın texnoloji avadanlıqların istifadəçiyə lizinq yolu ilə satılması barədə 3 iş günü müddətində müvafiq qərar qəbul ediləcək. İndiyə qədər istifadəçi "Aqrolizinq" ASC-yə məxsus texnikaları və texnoloji avadanlıqları sığorta haqqı da daxil olmaqla, lizinq yolu ilə satın aldıqda onların dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyib. Dəyişikliyə əsasən bundan sonra istifadəçi "Aqrolizinq" ASC-yə məxsus texnikanı və texnoloji avadanlıqları sığorta haqqı da daxil olmaqla, lizinq yolu ilə satın aldıqda onların dəyərinin 10 faizdən az olmayan hissəsini əvvəlcədən, qalan hissəsini isə 10 ildən gec olmayaraq ödəyəcək.


Nazirlər Kabineti Kabineti "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"na əlavələr edərək ləğv edilmiş lizinq müqaviləsi üzrə istifadə edilmiş texnika və texnoloji avadanlıqların yenidən lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydasını da müəyyən edib. Bundan sonra ləğv edilmiş lizinq müqaviləsi üzrə istifadə edilmiş texnika və texnoloji avadanlıqlar yenidən lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, əvvəlki istifadəçi ilə bağlanılmış lizinq müqaviləsinin şərtlərinə əsasən həyata keçirilən ödənişlər nəzərə alınmaqla, həmin texnika və texnoloji avadanlıqların yeni istifadəçisinin ödəyəcəyi ilkin ödənişin məbləği və lizinqin müddəti Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, "Aqrolizinq" ASC-nin nəzdində bu məqsədlə daimi fəaliyyət göstərən komissiya tərəfindən müəyyən ediləcək. Əvvəllər lizinqə verilməmiş və "Aqrolizinq" ASC-nin aqroservis filialları tərəfindən istifadə edilmiş texnika və texnoloji avadanlıqlar lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, amortizasiya normaları nəzərə alınmaqla ilkin ödənişin məbləği və lizinqin müddəti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən ediləcək.


Sizin Reklam Yeriniz