Əlaqə Arxiv
news Image
2015.10.23
10:45
| A A A
Qeyri-rəsmi pul köçürmələri dayandırılır
Ruslan Atakişiyev: “Milli valyutanın xarici valyutalara çevrilməsi, onların bazara daxil olması məsələlərində risklərin minimuma endirilməsi üçün bu kimi işlər həyata keçirilməkdədir” Məhəmməd Talıblı: “Bazar iştirakçılarında yaranmış tərəddüdləri qabaqlamaq üçün treyderlər bazardan daha məharətlə istifadə etməyə çalışırlar”

Azərbaycanda valyutadəyişmə məntəqələrinə yeni qadağa qoyulub. Belə ki, Azərbaycanda olan valyuta mübadiləsi məntəqələrindən həyata keçirilən qeyri-rəsmi pul köçürmələri dayandırılıb. Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ilə qeyri-rəsmi pul köçürmələri qadağan olsa da, bu vaxta qədər Azərbaycandan xaricə və xaricdən Azərbaycana köçürülən pullar bir sıra bankların valyutadəyişmə məntəqələrində həyata keçirilib. Amma artıq bu prosesə nəzarət gücləndirilir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, 2008-ci il maliyyə böhranı baş verəndən sonra məhz qeyri-rəsmi pul köçürmələrinə nəzarəti gücləndirmək məqsədi qarşıya qoyulmuşdu: "Azərbaycan da bu təşəbbüslərə qoşulub. Bizdə də şübhəli hesabaların açılmasına nəzarət güclənib. O cümlədən Azərbaycan Mərkəzin Bankın nəzdində fəaliyyət göstərən Monitorinq Mərkəzinin vasitəsi ilə kommersiya banklarında şübhəli hesabların açılması ilə bağlı proseslər ciddi nəzarət altında alınıb. Yəni, nəzarətin güclənməsi gündəmdən irəli gələn məsələdir. Çünki, Azərbaycanda iqtisadi dayanaqlığın gücləndirilməsi davamlı istiqamətində islahatlar aparılır. İslahatlar çərçivəsində köçürülmələrin nəzarətə alınması məsələsi də yer alıb. Çünki, valyuta köçürülmələr bu və ya digər şəkildə valyuta bazarına təsir edir. Ona görə də milli valyutanın xarici valyutalara çevrilməsi, onların bazara daxil olması məsələlərində risklərin minimuma endirilməsi üçün bu kimi işlər həyata keçirilməkdədir".

Digər iqtisadçı-ekspert Məhəmməd Talıblı isə qeyd edir: "Devalvasiya qərarından sonra maliyyə bazarında ciddi dalğalanmalar baş verir. Ümumiyyətlə, bazar iştirakçıları bu şərtlərə uyğunlaşmaqda xeyli çətinliklər çəkirlər. Həmçinin, bazar iştirakçılarında yaranmış tərəddüdləri qabaqlamaq üçün treyderlər bazardan daha məharətlə istifadə etməyə çalışırlar. Bütün bunlar biznes qurumlarını, vətəndaşları bazarda fəal oyunçu kimi yox, daha çox gözləmə mövqeyində durmasını stimullaşdırır. Vətəndaşlar da yaranmış qeyri-müəyyənliyə görə xarici valyutada yığımlar etməkdə maraqlıdırlar. Nəticədə əllərində manatla olan vəsaitləri dollara keçirirlər. Beləliklə dollar tələbi artır".



Sizin Reklam Yeriniz