Əlaqə Arxiv
news Image
2015.10.22
21:30
| A A A
Ərəblər İmişlidə zavodlar tikəcək

İmişli rayonunda 2015-ci ilin 9 ayı ərzində sоsiаl-iqtisаdi inkişаfının yеkunlаrınа və qarşıda duran vəzifələrə həsr оlunmuş hesabat yığıncağı keçirilib. İclasda çıxış edən icra başçısı Vilyam Hacıyev bildirib ki, 2014-cü ilin iyun ayından etibarən Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər memorandumu imzalanıb, Belçikanın dövlət nümayəndələri bir neçə dəfə İmişli rayonunda olub və müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılıb. Nəzərdə tutulmuş layihələr çərçivəsində İmişli rayonunda "Holland Pendiri süd və süd məhsulları" zavodunun tikintisi artıq reallaşmaq üzrədir. Bundan əlavə Belçikalı sahibkarlar İmişli rayonunda "Şüşə", "Günəş batareyaları" zavodlarının tikintisini planlaşdırıblar. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri İmişli rayonunda olub və rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər görəcəklərini bildiriblər. Belə ki, onlar rayon ərazisində Kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra zavodların tikintisini, heyvandarlığın inkişafı ilə bağlı layihələr reallaşdıracaqlar.


Sizin Reklam Yeriniz