Əlaqə Arxiv
news Image
2015.10.23
02:00
| A A A
Dünya Bankının vitse-prerzidenti Bakıya gəlir

Bu axşam Dünya Bankının (WB) Avropa və mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mullerin (Cyril Muller) Azərbaycana rəsmi səfəri başlayır. "Report"un WB-in Bakı ofisindən əldə etdiyi məlumata görə, səfər şənbə günü başa çatacaq. Regionla tanışlıq çərçivəsində baş tutacaq səfər zamanı S.Mullerin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulur. Həmçinin, o, WB-in Cənubi Qafqaz regionu üzrə yeni direktor Mersi Tembonu təqdim edəcək. Qeyd edək ki, S.Muller vitse-prezident kimi vəzifəsinə bu ilin sentyabrında başlayıb.


Sizin Reklam Yeriniz