Əlaqə Arxiv
news Image
2015.10.23
03:00
| A A A
Roma papası haqqında qalmaqallı iddialar yayılıb

Roma papasının başında şiş olduğu iddia edilir. Bu barədə məlumat İtaliya qəzetlərində yer alıb. "Quotidiano Nazionale" və "İl Resto del Carlino" qəzetlərinin xəbərlərinə görə, Papanın beynində ləkə şəklində kiçik bir şiş var. Buna görə də, ruhani lider bir neçə ay öncə gizli olaraq Vatikana aid təyyarə ilə Piza şəhərində yerləşən bir xəstəxanaya gedib. Xəbərdə bildirilir ki, cərrahiyə əməliyyatı olmadan da şiş müalicə oluna bilər. Qəzetlər onu da iddia edir ki, dünya şöhrətli yapon beyin və sinir cərrahı Takanori Fukushima papanı müalicə edir.Mətbuat bu bilgiləri adını açıqlamayan xəstəxana işçisi tərəfindən verildiyini bildirib.Vatikan isə öz növbəsində bu xəbəri yalanlayıb.Vatikanın mətbuat sözçüsü Peder Federiko Lombardi açıqlamasında bildirib ki, yayılan xəbərlər əsassızdır və Vatikana aid özəl bir təyyarə də yoxdur.



Sizin Reklam Yeriniz