Əlaqə Arxiv
news Image
2015.10.23
12:32
| A A A
Mərkəzi Bankın yeni portalı istifadəyə verilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı (MB) ölkədə maliyyə savadlılığının artırılması məqsədi ilə hazırladığı Maliyyə savadlılığı portalını istifadəyə verib.


MB Beynəlxalq Əməkdaşlıq və kommunikasiya departamentindən verilən məlumata görə, portal əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsi və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək.


Qeyd edək ki, portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.


Bununla yanaşı portal texniki cəhətdən rahat və müasir istifadə imkanlarına malikdir. Belə ki, istənilən mobil cihazlar vasitəsilə portaldakı məlumatlarla tanış olmaq mümkündür. Portaldan www.bizimpullar.az elektron səhifəsi vasitəsilə faydalanmaq olar.

Sizin Reklam Yeriniz