Əlaqə Arxiv
news Image
2015.10.23
15:45
| A A A
Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin III rübündə tam gücü ilə işləyəcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti 2016-ci ilin III rübündə tam gücü ilə işləyəcək.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası çərçivəsində deyib.

A.Şərifovun sözlərinə görə, Türkiyədə işləri (BTQ üzrə) gələn ilin I rübündə başa çatdırmaq nəzərdə tutulub: "Biz gələn ilin l rübündə dəmir yolunun Azərbaycan hissəsinin tam istismara veriləcəyini gözləyirik. Hesab edirəm ki, 2016-cı ilin III rübündə dəmir yolu tam işə düşəcək".

A.Şərifov qeyd edib ki, gələn BTQ çərçivəsində Bosforun altından dəmir yolu tunelinin tikilməsi planlaşdırılır: "Bu tunelin istismara verilməsi BTQ-nin əhəmiyyətini artıracaq".


Sizin Reklam Yeriniz