Əlaqə Arxiv
news Image
2015.10.28
09:00
| A A A
İqtisadi artım əvvəl gözlənildyindən çox olacaq
Bunu Dünya Bankı kimi mötəbər qurum da təsdiq edir

Dünya Bankı (DB) 2015-ci il üçün Azərbaycanda ÜDM-in artım səviyyəsi ilə bağlı proqnozlarına redaktə edib. Belə ki, Dünya Bankı iyun ayında dərc edilmiş "Qlobal iqtisadi perspektivlər"(Global Economic Prospects, GEP) adlı icmalında cari ilin yekunları üzrə Azərbaycanda ÜDM-i 1,5% səviyyəsində proqnozlaşdırmışdı. Ancaq Dünya Bankı budəfəki "Xammalın qiymətlərinin ucuzlaşması və zəif valyutalar" adlı hesabatında 2015-ci il üçün Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır. Bundan başqa, hesabata əsasən, 2016-cı ildə respublikada ÜDM artımı 2,6%, 2017-ci ildə 2,7% səviyyəsində proqnozlaşdırılır.

Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in 3,3%, 2016-ci ildə 1,8% artacağını proqnozlaşdırır. Mütəxəssislər ÜDM-də proqnozlaşdırılan artmı qeyri-neft sektorunun inkişafı ilə əlaqələndirirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qeyd edir: "Hazırki vəziyyətdə bu məsələlərə geniş diqqət yterilməlidir. Onu da qeyd edim ki, Dünya Bankı hesabatlarını hazırlayarkən rəsmi rəqəmlərdən istifadə edir. Söhbət Azərbayandan gedirsə, istehsalın həcmində və ya ötən illə müqayisədə manatla ifadədə ÜDM-in həcmində müəyyən artımlar müşahidə olunur.

Hazırda ilin 9 ayının nəticələrinə görə statistik rəqəmlər ölkə iqtisadiyyatının 5 faizdən artıq böyüdüyünü göstərir. Bildiyimz kimi, Vergilər Nzirliyi 2015-ci ilin əvvəlindən xüsusi ilə qeyri-neft sektorunda leqallaşma istiqamətində müəyyən tədbirlər görür. Dövriyyələrin daha çox qisminin leqallaşdırılmasına cəhd göstərir. Statistika Komitəsinin qeydə aldığı artımlar da leqal biznesin böyüməsi səbəbindəndir. Bütün bunlar iqtisadiiyatın daha çox artmasını şərtləndirir".


Digər iqtisadçı ekspert Bəkir Nərimanoğlu bildirir ki, Azərbaycanda iqtisadi artım neft hasilatını çoxaltmaqdan və neftin yüksək bazar qiymətlərindən qaynaqlanırdı: "Böyük neft gəlirlərinin bir hissəsi dövlət xərcləmələri (büdcə və Neft Fondu, habelə başqa fondlar) vasitəsilə iqtisadiyyata yönəlirdi ki, bu da iqtisadi fəallığı artırırdı. Neft gəliri və hasilatı azalınca isə, iqtisadi artımın azalması qaçılmaz olur. Odur ki, indiki dövrdə dayanqlı iqtisadi artım üçün qeyri-neft sektorunun ixracı artırılmalıdır. Bu istiqamətdə müvafiq addımlar atılır".



Sizin Reklam Yeriniz