Əlaqə Arxiv
news Image
2015.10.27
22:30
| A A A
“Bu il mənzillərin qiyməti 22 faizdən çox aşağı düşüb”

Daşınmaz əmlak bazarında durğunluq davam edir. Bu haqda Modern.az saytına məlumat verən "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov qeyd edib ki, ötən ilin uyğun ayı ilə müqayisədə aktivlik 2 dəfədən də aşağı düşüb: "Qiymətlər 18,55 faiz azalıb və proses davam edir".

Nüsrət İbrahimov fərdi yaşayış evlərinin bahalaşdığına dair fikirlərin tamamilə yanlış olduğu qənaətindədir:

"Düz fikir deyil. Daşınmaz əmlak bazarının bütün seqmentlərində azalma var və davam edir. Lakin həyət evlərində qiymət azalması digər seqmentlərlə müqayisədə azdır. Ötən ilin eyni ayı ilə müqayisədə bu azalma 14,51 faiz təşkil edir. Mənzillərin qiyməti il ərzində 22,51 faiz azalıb. Digər seqmentlərlə müqayisədə bu seqmentdə qiymətlər daha intensiv dəyişir".

Ekspert deyib ki, torpaq bazarında il ərzində azalma 11,84 faiz olub:

"Bu seqmentdə ilin I yarısında artım olduğu halda, son 2 ayda davamlı azalma müşahidə edilməkdədir". Kirayə bazarına gəlincə, Nüsrət İbrahimov bu bazarda il ərzində orta qiymətin 29,95 faiz aşağı endiyini vurğulayıb: "Kirayə evlərinin böyük əksəriyyəti artıq boşalır. Yalnız tələbələrin yaşadıqları və seçdikləri mənzillərə stabil tələb var".

Ekspert regionlarda daşınmaz əmlakla bağlı məsələlərə də aydınlıq gətirib: "Orta bazar qiyməti 337 azn/kv.m təşkil edir. Burada da tələb və aktivlik çox aşağı səviyyədə olmağına baxmayaraq qiymətlərin azalma tempi şəhər ilə müqayisədə 2 dəfədən azdır. Bu isə onunla izah edilir ki, regionlarda satış qiyməti maya dəyərinə çox yaxındır. Qiymətin elastikliyi az olduğundan dəyişmə amplitudası da məhduddur".

Sizin Reklam Yeriniz