Əlaqə Arxiv
news Image
2015.10.28
10:00
| A A A
ABŞ neft ehtiyatı anbarlarını açır

ABŞ hökuməti öz strateji neft ehtiyataı anbarlarını açmağı və 2018-2025-ci illər ərzində milyonlarla barrel neft satmağı planlaşdırır.


Movqe.az  "Bloomberg" agentliyinə istinadən məlumat verir ki, bunu nəzərdə tutan müfaviq qanun layihəsinin mətni Ağ Evin saytında yerləşdirilib.


Neft ehtiyatı anbarlarını yenidən açmaq qərarı respublikaçılarla demokratlar arasında Vaşinqtonda əldə edilmiş büdcə razılaşması əsasında qəbul olunub.


Məlumata görə, ABŞ-ın strateji neft ehtiyatlarının ildə 5-10 milyon barrel olmaq şərtilə ümumilikdə 58 milyon barrelini satmaq nəzərdə tutulur.


Hazırda ABŞ-ın 695 milyon barrel strateji neft ehtiyatı var. Onun təxminən 8 faizini satmaq planlaşdırılır. Qanun layihəsinə görə, satışdan əldə olunan vəsait saxlanmaq üçün ABŞ Maliyyə Nazirliyinin ümumi fonduna köçürüləcək.


Neft ehtiyatlarının satışa çıxarılması ideyasının tərəfdarları bildirir ki, ölkədə neft hasilatının artması və şist qazı bumu fonunda ABŞ-a bu qədər böyük həcmdə neft ehtiyatları lazım deyil.


Bu, ABŞ-ın öz neft ehtiyatı anbarlarını açmasına dair ilk belə hal deyil. Anbarlar birinci dəfə 1991-ci ildə Körfəz müharibəsi zamanı açılmışdı.


Xatırladaq ki, ABŞ öz strateji neft ehtiyatı anbarlarını 1973-1974-cü illərdəki birinci neft böhranından sonra ərəb neft istehsalçılarına qarşı əks-tədbir kimi yaradıb. ABŞ dünyada ən çox neft ehtiyatlarına malik olan ölkədir.


Sizin Reklam Yeriniz