Əlaqə Arxiv
news Image
2015.11.01
14:45
| A A A
Nazir: "Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması daha çox investisiyaların cəlb olunmasına səbəb olacaq"

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması Azərbaycan ərazisində tranzit daşımalarının səmərəliyinin artırılmasına hesablanıb.

Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazir bildirib ki, tranzit daşımaları baxımından Azərbaycanın geniş imkanları var: "Həm qərbdən şərqə, həm də şimaldan cənuba gedən tranzit yolları Azərbaycan ərazisindən keçir. Azərbaycan hökuməti uzun illərdir bu sahəyə investisiyalar yatırır. Regionda ən iri dəniz ticarət limanı da məhz bizim ölkədə inşa olunub. Limanın birinci mərhələsi artıq istifadəyə verilib. Dəmir yolunda yenidənqurma işləri gedir. Şimaldan cənuba gedən dəmir yolunun İran ərazisinə kimi çatdırılması işlərinə artıq başlanılıb. Bu baxımdan təbii ki, dövlət daşımalarda öz səmərəsini götürməlidir və bu səbəbdən Koordinasiya Şurasının iştirakçıları arasında işlərin əlaqələndirməsi zərurəti yaranıb. Bu, həm "Azərbaycan Dəmir Yolları" QSC-yə, həm Dövlət Xəzər Dəniz Gəmiçiliyinə, həm özəl terminallara, həmçinin bu prosesdə tənzimləmə funksiyalarını həyata keçirən dövlət orqanlarına aiddir".

Ş. Mustafayev hesab edir ki, müvafiq əlaqələndirmə işləri daha çox investisiyaların cəlb olunmasına səbəb olacaq. "Bu səbəbdən gələcəkdə Azərbaycan dövləti bu sahədə daha da çox gəlir əldə edəcək", - deyə nazir bildirib.


Sizin Reklam Yeriniz