Əlaqə Arxiv
news Image
2012.10.22
19:14
| A A A
Azərbaycan paytaxtında taksi meydançalarının sayı iki dəfə artırılacaq

Azərbaycan paytaxtında indiyədək 70-ə yaxın yerdə taksi meydançaları yaradılıb. Bunu APA-ya açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyib: "Gələn il ərzində də bu proses davam etdiriləcək".

N.Həsənov həmçinin Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücüləri arasında baş verən narazılığa münasibət bildirib. Onun sözlərinə görə, Nazirlik avtobus sürücülərinin qayda-qanun pozuntusuna, həm də qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reydlər keçirir və bu reydlər nəticəsində bəzən xoşagəlməz hadisələr baş verir: "Bəzən onların arasında elələri olur ki, qanuna riayət etmir və müfəttişlə qanunsuz fəaliyyət göstərən insan arasında insident baş verir. Hətta Nazirlik işçisinə qarşı hücumlar da olur. Cinayət xarakterli iş olarsa, bu işə hüquq-mühafizə orqanları da qoşulur. Ümumiyyətlə, bəzi reydlərimiz Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılır. Biz insanları qanuna dəvət edirik və bu dəvət etmə prosesində belə halların yaşanması təbiidir". 

Taksi meydançalarının hazırkı vəziyyətinə toxunan Nazirlik rəsmisi, 70-ə yaxın meydançanın artıq hazır olduğunu və onların ümumi sayının 134-ə çatdırılacağını vurğulayıb. N.Həsənov qeyd edib ki, bundan başqa artıq 664 yerdə avtobus dayanacağı quraşdırılıb və bu sahədə işlər başa çatıb.

Sizin Reklam Yeriniz