Əlaqə Arxiv
news Image
2012.11.07
18:33
| A A A
“Aztelekom”dan regionlar üçün genişzolaqlı internet

Dünən "Bakı Ekspo" mərkəzində "BakuTel-2012" sərgisi başlayıb. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Rabitə sahəsində Regional Birlik kimi bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş ən böyük sərgi öz işinə hələ bir neçə gün davam etdirəcək.

Əvvəlki illərdən fərqli olaraq bu ilki sərgisində aparıcı yerli və xarici İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və xidmət şirkətləri iştirak edirlər. Təşkilatçıların sözlərinə görə ziyarətçiləri yaxın gələcəkdə bu sahədə öz tətbiqini tapacaq yeni İT məhsulları və xidmətlərinin təqdimat mərasimləri gözləyir. Buna İKT sahəsində yeniliklər, proqram təminatları və peyk rabitəsi üçün xidmətlər, habelə teleradio yayımı üçün avadanlıqlar və digər xidmətlər daxildir. Onların sözlərinə görə "BakuTel-2012" sərgisi əvvəlki sərgilərdən aktiv innovasiyalı məzmunu ilə fərqlənir: "Sərgi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdi. Artıq 18-ci dəfədir baş tutan "BakuTel" sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilmişdir. Sərgidə dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir."

Xatırladaq ki, ziyarətçilərin diqqətinə təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün yenilik sayılan maraqlı proqramlar təqdim olunur və İKT üzrə məhsul və xidmətlərin təqdimat mərasimləri keçirilir. Sərginin iştirakçıları portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompyuterlər, telekommuni-kasiya sistemləri üçün müasir test və ölçü avadanlığı, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər. Sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları kimi seqmentləri əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanışlıq zamanı baş çəkdikləri stendlərdən biri də "Aztelekom" İstehsalat Birliyinə məxsus stend idi. Stenddə dövlət başçısına telekommunikasiya və genişzolaqlı internetin inkişafı layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, 2013-2015-ci illəri əhatə edən bu layihə gələcəkdə ölkə üzrə bütün yaşayış məntəqələrinin fiber-optik kabel şəbəkəsi ilə təmin olunmasını, əhali arasında elektron xidmətlərdən istifadənin genişləndirilməsini nəzərdə tutur.

"Aztelekom" İstehsalat Birliyi 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 02 iyul 1992-ci il tarixli 13 saylı sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 09 sentyabr 1992-ci il tarixli 107 saylı əmri ilə 1992-ci ildə fəaliyyət göstərən Telefon Rabitəsi İstehsalat Birliyinin bölünməsi nəticəsində təsis edilmişdir. "Aztelekom" İstehsalat Birliyi öz tabeliyində Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), Kabel Magistrallarının Texniki qovşağı (KMTQ) və 57 yerli Telekommunukasiya müəssisəsini (Gəncə Telekommunukasiya İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan və Naftalan şəhər, həmçinin 52 rayon Telekommunukasiya Qovşağı) birləşdirir.

"Aztelekom" İstehsalat Birliyi Beynəlxalq və şəhərlərarası telefon rabitəsi (sifarişlə beynəlxalq və şəhərlərarası telefon rabitəsi, SMS-servis, Video-konfrans rabitə, TACkart universal danışıq sistemi və s.), Bakı şəhəri və Naxçıvan MR istisna omaqla, bütün ölkə ərazisində lокаl telefon rabitəsi (57 yerli Telekommunikasiya müəssisəsinin 89 məntəqədə 108 mərkəzi və 1129 kənd (qəsəbə) ATS, 23 ATS (38 baza stansiyası) üzərindən 44 bölgə üzrə respublikanın əhali məskunlaşmış ərazisinin 83 %-ində CDMA standartlı simsiz telefon rabitəsi, İP telefoniya və İP-TV xidmətləri və s.), İnternet xidmətləri (genişzolaqlı və ayrılmış xətlə internet, internetə parolsuz qoşulma imkanı və s.);

kimi xidmətlər göstərir.

"Aztelekom" İstehsalat Birliyi şəbəkəsində rəqəmsal uçurumun aradan qaldırılması istiqamətində aparılan islahatların ilki –"Elektron Azərbaycan" layihəsinin kiçik modeli kimi "Elektron Şamaxı" pilot layihəsi uğurla həyata keçirilib, MDB olkələri arasında birinci olaraq 2008-ci ildə Azərbaycanda ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılması başa çatdırılıb, Respublikanın rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya avadanlıqlarının yeni elektron avadanlıqlarla əvəz olunması başa çatdırılıb. Kommutasiya şəbəkəsi tam elektronlaşıb, ölkənin istənilən yerindən internetə qoşulma imkanlığı yaradılıb, bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet xidmətləri təşkil edilib. "Aztelekom.net" internet provayderi kommersiya marağı güdülmədən, Azərbaycanın regionlarında sürətli informasiya mübadiləsinin genişləndirilməsi məqsədi ilə yaradılıb. "Aztelekom.net" internet provayderi Azərbaycanda fəaliyyət göstərən internet provayderlər arasında liderlər sırasında yer tutur. Regionlarda ADSL, SHDSL və digər müasir texnologiyalardan istifadə etməklə ayrılmış və kommutasiya olunan kanal vasitəsilə yüksək keyfiyyətli və sürətli internetə qoşulma təmin edilməsi üçün davamlı tədbirlər görülür.

2012-ci ilin sonuna qədər isə "Aztelekom" İstehsalat Birliyi genişzolaqlı internetə olan tələbatın ən ucqar yaşayış məntəqəsində belə ödənilməsini təmin edəcəkdir.

İnternetin regionlarda genişləndirilməsi istiqamətində aparılan işlərə əsasən 2007-ci ildə Şamaxı TKQ-nin kənd EATS-ləri də daxil olmaqla bütün rabitə şəbəkəsinin rekonstruksiyası ilə başlamışdır. Analoq birləşdirici xətlər optik kabellə əvəz olunmuş mərkəzi və bütün kənd stansiyaları NGN texnologiyaları əsasında rekonstruksiya olunmuşdur. Şamaxı mərkəzi Softswitch avadanlığı marşrutlayıcı vasitəsi ilə Baki TOLL stansiyasında quraşdırılmış Softswitch-ə Router üzərindən 1 GB Ethernet portla qoşuldu və nəticədə rayonun telefon abunəçiləri səs xidmətləri ilə yanaşı DATA, video xidmətləri ilə təmin edildi.

2008-ci ildə Abşeron TKQ-nin xidmət ərazilərində olan kənd və qəsəbələrin rabitə şəbəkəsi optikləşdirildi, NGN texnologiyaları əsasında yenidən quruldu və əhaliyə Tripli Play xidmətinin göstərilməsinə başlandı.

Bu prosesin davamı olaraq regionlarda optikləşdirmə davam etdi. 2010-cu ildə "Aztelekom" İB-nin ən iri telekommunikasiya qovşaqlarından olan Sumqayıt və Gəncənin telefon şəbəkəsinin yenidən qurulması başlandı və həmin il bu şəhərlərdə NGN texnologiyasının tətbiqi yekunlaşdı. Rekonstruksiya imkan verdi ki, bu şəhərlərin telefon abunəçiləri sürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadə etsinlər. Həmin ildə Salyan və Kürdəmir Telekommunukasiya Qovşaqlarının şəbəkələri də NGN texnologiyaları əsasında tam rekonstruksiya olundu.

2010-cu ildə qarşıya qoyulmuş vəzifələrdən biri də regionlarda olan mənəvi cəhətdən köhnəlmiş analoq ATS-lərin yeni elektron stansiyalar ilə əvəz olunmalı idi. Elektronlaşma ilin sonunda başa çatdırıldı. Bununla da genişzolaqlı internetin inkişafında yeni mərhələ başlandı.

2011-ci ildə 20 rayon mərkəzini və 147 kəndi əhatə edən DATA, transmissiya və DSLAM avadanlıqları üzrə tender keçirildi, yeni avadanlıqların alınaraq quraşdırılmasından sonra genişzolaqlı internet xidmətlərinin ən ucqar kəndlərdə belə göstərilməsi mümkün oldu.

2011-2012-ci illərdə kənd EATS-lərinin birləşdirici optik kabellərinin tikintisi davam etdirildi. 2012-ci ilin əvvəlindən artıq 1800 km müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilmişdir. Genişzolaqlı internet xidmətləri üçün alternativ durumun yaranması özəl operatorların da regionlara axınını təmin etdi. Belə ki, hal-hazırda regionlarda 19 internet provayder bu xidmətləri göstərir və bu provayderlərin sayı artmaqdadır.

2013-2015-ci illərdə regionlarda genişzolaqlı internet xidmətlərinin artırılması üzrə layihələr hazırlanır. Bu layihələrdə alternativ magistral optik kabellərin tikintisi, DWDM üzərindən yüksək sürətli İP-MPLS şəbəkəsinin qurulması planlaşdırılır. Transmissiya şəbəkəsində özəl provayderlərə də yüksək sürətli internetin daşınması üçün şərait yaradılacaqdır.

Bu layihədə TDM stansiyalarının tədricən NGN stansiyaları ilə əvəz edilməsi, bütün kəndlərin optikləşdirilməsi, kəndlərə genişzolaqlı internetin çatdırılması üçün strukturların yaradılması nəzərdə tutulmuşdur.

"Aztelekom" net internet provayder şəbəkəsinin mərkəzi avadanlıqlarının sürətinin 200 GB-yə çatdırılması planlaşdırılır.

Optik kabelin abunəçiyə yaxınlaşdırılması, iri şəhərlərdə GPON xidmətlərinin göstərilməsi də layihədə öz əksini tapmışdır. CDMA 1xEV-DO və WİMAX texnologiyasının tətbiqi ilə simsiz genişzolaqlı internet xidmətlərinin çətin relyefdə yerləşən (dağ rayonları) əhaliyə çatdırılması təmin olunacaqdır.

Bölgələrdə internetin inkiişafı komsepsiyasına uyğun olaraq həyata keçirilən böyük layihələrin nəticəsi onu deməyə əsasa verir ki, yaxın vaxtlarda bütün abunəçilərin qlobal şəbəkəyə çıxış imkanlığı təmin olunacaq. Bu da Azərbacanın nəinki MDB məkanında hətta dünyada lider ölkəyə çvrilməsinə şərait yaradacaq.

Regionlarda sürətli internet şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihədə "Aztelekom" İstehsalat Birliyi ilə birlikdə iştirak edən özəl internet provayderləri də "BakuTel-2012" sərgisində, "Aztelekom" İstehsalat Birliyinin himayəsi ilə təşkil olunmuş xüsusi stenddə, təmsil olunurlar. "Data Plus", "Samart System Texnology", "Q-Telekom", "Qlobal Netvorks", "Azedunet" kimi şirkətlərin təmsilçiləri "Aztelekom" İstehsalat Birliyi ilə birgə layihələri və təmsil etdikləri şirkət haqqında həvəslə danışdilar:

"Q-telekom" şirkətinin təsisçisi Ramiq Mustafa – Şirkətimiz əsasən, Mingəçevir, Ağcabədi, Neftçala, Xaçmaz, Qusar və Sabirabad rayonlarında fəaliyyət göstərir, "Aztelekom" İstehsalat Birliyi tərəfindən bütün bölgələrdə işləyə bilməyimiz üçün hər cür şərait yaradılıb.

"Azedunet" şirkətinin marketiq meneceri Elmira Abasova – Şirkətimiz Naxçıvan MR istisna olmaqla ölkə ərazisində 1800 məktəbə genişzolaqlı internet xidməti göstərir. Bundan əlavə, fiziki şəxslər üçün də "təhlükəsiz internet" – yəni xüsusi filtirasiyadan keçirilməklə şagird və tələbələrə zərərli ola biləcək internet resurslarının "blok" edildiyi internet xidmətləri təklif edirik. "Aztelekom" İstehsalat Birliyi ilə birgə əməkdaşlıq regionlarda fəaliyyətimizə əlavə stimul yaradır.

"Smart System Texnology" şirkətinin müştərilərlə iş üzrə müneceri Cavid Cavadov – Regionlarda 7500 nəfərdən artıq istifadəçimiz vardır, "Aztelekom" İstehsalat Birliyi ilə birgə lahiyənin iştirakçısı olmağımız fəaliyyətimizə əlavə stimul verir.

"Data +" şirkətinin direktoru Etibar Bağırov – şirkətimiz bütün bölgələrdə, 53 şəhər və rayon mərkəzində və həmçinin, 60-dan artıq kənd və qəsəbədə xidmət göstərir, "Aztelekom" İstehsalat Birliyinin özəl şirkətlərə yaratdığı münbit şərait ilk növbədə regionlarda genişzolaqlı internetə olan tılabatın tam ödənilmısi istiqamətində aparılan islahatları sürətləndirməyə xidmət edir.

"Qlobal Netvorks" MMC-nin rəhbəri Gulnara Eyvazova - şirkətimiz artıq 20 rayonda avadanlıq quraşdırıb və müştərilərə genişzolaqlı İnternet xidməti göstərilir (Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Masallı, Lənkaran, Yardimlı, Tovuz, Qazax və s). Daha 10-15 rayonda avadanlığın quraşdırılması nəzərdə tutulub. Birgə layihədə

daha fəal iştrak etməyimiz planlaşdırılır.



Sizin Reklam Yeriniz