Əlaqə Arxiv
news Image
2012.11.12
16:05
| A A A
"Yunanıstan üzərinə düşəni etdi"
Movqe.Az xəbər verir ki, Yunan parlamenti, 9,2 milyard avro qənaəti nəzərdə tutan 2013-cü il büdcəsini günlərdir davam edən etirazlara baxmayaraq təsdiqləyib. Səs verməyə qatılan 299 millət vəkilindən 167-si "kəmər sıxmağa" layihəsinə "bəli" deyib. Baş nazir Antonis Samaras nəzarətindəki siasi üçlükdən ibarət koalisiya hökumətinin təxminən 4 milyard avroluq maliyyə islahat paketi də ötən çərşənbə günü qəbul edilmişdi.
Dünən axşamkı səsvermə öncəsi məclis kürsüsünə çıxan Baş nazir Samaras, "Yunanıstanın üzərinə düşəni etdiyini hər kəs bilir, indi sözünün üstündə durmaq sırası kreditorlardadı" kimi fikirlər səsləmdirib.
Noyabrın 16-da 31,5 milyard avroluq yardımın müəyən hissəsini almağa nail olacaq Yunanıstanda büdcənin qəbul edilməsi əsas şərt idi.
Sizin Reklam Yeriniz