Əlaqə Arxiv
news Image
2012.11.13
15:05
| A A A
Azərbaycanda neft sektorunun payı yaxın 3 ildə iki dəfədən çox azalacaq

Azərbaycan iqtisadiyyatında neft sektorunun payı qarşıdakı 3 ildə iki dəfədən çox azalacaq.

 "APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün parlamentin plenar iclasında 2013-cü il dövlət büdcəsinin layihəsi ilə bağlı keçirilən müzakirələrdə çıxışında bildirib: "Qarşıdakı üç il ərzində neft sektorunun payı 52,4%-dən 22,4%-ə düşəcək".

Ş.Mustafayev qeyd edib ki, hesabat dövründə qeyri-neft sektorunun payı isə müvafiq olaraq 47,6%-dən 77,6%-ə qədər artacaq.

Nazir gələn ilki büdcənin layihəsində neftin baza qiyməti 100 dollar/barel, sonrakı illər isə 80 dollar/barel səviyyəsində nəzərdə tutulub.

Bununla yanaşı Ş.Mustafayev 2013-cü ildə Azərbaycanın milli valyutasının dollara qarşı rəsmi məzənnəsi ilə bağlı gözləntiləri də açıqlayıb: "Gələn il dolların orta illik məzənnəsi 0,785 AZN/USD səviyyəsində nəzərdə tutulub".

Sizin Reklam Yeriniz