news Image
2012.11.15
15:39
| A A A
2013-cü il dövlət büdcəsi zərfinə daxil olan layihələrin müzakirəsi başa çatıb

Milli Məclisin (MM) plenar iclasında MM-in 2013-cü il üçün xərclər smetası layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə parlamentin İşlər İdarəsinin müdiri Firudin Hacıyev məlumat verərək bildirib ki, Milli Məclisin 2013-cü il üçün xərclər smetasına 18 mln. 529 min manat tələb olunur.

Yeni avtomobillərin alınması üçün 250 min manat, qonaqların qarşılanması və yerləşdirilməsi üçün 850 min manat, xaricə ezamiyyət üçün 400 min manat, icarə və muzdlu xidmətlər üçün 200 min manat, dəftərxana ləvazimatları üçün 10 min manat, kommunal xərclər 12 500 manat xərclənməsi nəzərdə tutulub. MM üçün 200-dən artıq avtomobil tutumu olan avtoparkın tikilməsi də planlaşdırılır.

Sonda müvafiq təkliflər baxılmaqdan ötrü hökumətə göndərilib. Layihələrin baxılması üçün hökumətə 10 gün vaxt verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs