Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Banklar yenə də bahalı kredit siyasətini davam etdirəcəklər
 
 
news Image
2012.11.16
11:54
| A A A
Banklar yenə də bahalı kredit siyasətini davam etdirəcəklər
Avropa və bir çox MDB ölkələri ilə müqayisədə Azərbaycanda kreditlərin faiz dərəcələri kifayət qədər yüksək həddədir

Ölkədə bankların bahalı kredit siyasəti həyata keçirməsi hələ də mühüm reallıqlardan biri kimi çıxış edir. Bu xüsusda səslənən fikirlər isə bankların kreditlərə görə tətbiq etdikləri yüksək faizin hələ bir müddət davam edəcəyini deməyə əsas verir.

Azərbaycan Mərkəzi Bankının  (AMB) baş direktoru Rəşad Orucov qeyd edir ki, Mərkəzi Bank kreditlər üzrə faiz dərəcələrinin banklar tərəfindən istisnasız olaraq bazar metodları ilə azaldılmasına təsir üzrə cəhdlərə təşəbbüs göstərəcək: "Biz faiz dərəcələrinin azalmasını dəstəkləyirik. İstehlakçı kimi mən də kreditləri aşağı faizlər üzrə götürmək istəyərdim, ancaq obyektiv səbəblərdən bu, mümkün deyil. Bütün sistemdə kreditlər üzrə orta faiz dərəcəsi illik 15 faiz təşkil edir, amma müxtəlif risklərlə müxtəlif məhsullar var, buna görə onlar üçün faiz dərəcələri 25-36 faiz civarında tərəddüd edir ki, bu da tamamilə normaldır". Onun sözlərinə görə, orta faiz dərəcəsi təkcə son bir il ərzində bir faiz bəndi azalıb: "Bu, yaxşı irəliləyişdir və əgər nəzərə alsaq ki, depozitlər üzrə orta faiz dərəcəsi 10,1 faiz təşkil edir, onda krediti idarə etmək üçün bankların xərclərinin ödənildiyi 4,9 marja faizdə qalır". Banklar bu vəsaitlərdən sadə mənfəət gəlir marjasını saxlamaqla risklərin yerini doldurmalıdırlar: "Bu halda biz kredit dərəcələrini necə azalda bilərik? Onda biz öhdəliklərin dəyərini azaltmalıyıq. Əgər banklarımızın mənfəət marjasına nəzər salsaq, görərik ki, bu, ən yüksək marja deyil və hesab edirəm ki, o, orta səviyyədədir".  Bununla birlikdə, MB rəsmisi faizlərin azaldılması trendini müsbət hadisə hesab edir: "Burada hər hansı qeyri-bazar müdaxilələri olmamalıdır. Payları bazar metodları ilə aşağı salmağa çalışmaq lazımdır".

Lakin bu açıqlama həm də onu təsdiq edir ki, mərkəzi bank kreditlərin yüksək faiz həddinin aşağı salınması üçün hələ yaxın perspektivdə ciddi addımlar atmayacaq və banklar bahalı kredit siyasəti yeritməkdə davam edəcəklər.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı yenidən bu məsələyə toxunan deputat Vahid Əhmədov bank faizlərinin yüksək olduğunu vurğulayıb: "Rayonlarda banklardan pul götürüb qaytara bilməyən insanların evlərini, torpaqlarını, mülklərini əlindən alırlar. Çünki bank faizləri 25-30 faiz arasındadır, insanlar bu pulu qaytara bilmir. Niyə Azərbaycan kimi bir ölkədə insanlar evlərindən çölə atılmalıdır?! Bank faizlərinə yenidən baxmaq lazımdır".

Xatırladaq ki, bu məsələyə maliyyə naziri Samir Şərifov da toxunub və faizlərin yüksək olduğunu bildirib.  Hələlik isə araşdırmalar göstərir ki, Azərbaycan dünyanın ən yüksək faizlə kredit verən ölkələrindən biridir. Rəsmi məlumatlara görə, hazırda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 16, xarici valyutada isə 17% təşkil edir. Biznes kreditləri 20-25%, istehlak kreditləri isə 20-30% civarındadır. Mərkəzi Bankın uçot dərəcəsi cəmi 5,25 faizdir. Dünya praktikasında belədir ki, Mərkəzi Bankın uçot dərəcəsi nə qədərdirsə, kreditləşdirmə ondan maksimum 2-3 faiz artığına həyata keçirilir. İndi uçot dərəcəmiz 5,25 faizdirsə, maksimal kredit dərəcəsi 8 faizə yaxın olmalı idi. Amma nədənsə, Mərkəzi Bankın pulu ucuz - 5,25 faizlə verməsinə baxmayaraq, kredit dərəcələri hələ də yüksək olaraq qalır.

Onu da bildirək ki, inkişaf etmiş ölkələrlə Azərbaycan arasında kredit faizlərində böyük fərq var. Bu fərq 4-5 dəfəyə yüksəlir. AB ölkələrində istehlak krediti orta hesabla 7-8%-ə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətindən asılı olaraq 2-7% təşkil edir. ABŞ-da bu göstərici 5%-dən çox deyil. Türkiyə və Gürcüstanda kreditlər illik təxminən 10 faizlə verilir. MDB ölkələrinin çoxunda faizlər 10-20 faiz arasında dəyişir. Baltikyanı ölkələrdə, məsələn, Latviyada kredit dərəcəsi heç 10 faizə də çatmır. Dünya nəhəngi Çində bu rəqəm 6, Braziliyada 5,6, Avstraliyada isə illik 3 faizdir. Neft ölkəsi olan Norveçdə bank faizləri 2-3 faiz ətrafındadır. Avropa və Amerikada bank faizləri 7 faizdən yüksək deyil. Azərbaycanda isə bankların kredit faizləri hələ də çox yüksəkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs