Əlaqə Arxiv
news Image
2012.11.19
16:28
| A A A
"Economist" fransızları hirsləndirdi

Movqe.az xəbər verir ki, "Economist" jurnalı ən son sayında Avropada İtaliya və İspaniyadan sonra kömək istəyəcək digər ölkə olacağı istiqamətində narahatlıqları jurnalın üz qapağında əks etdirib. Ancaq qapaqda istifadə edilən bomba fiquru fransızların narazılığına səbəb olub. 

Jurnalın qapağında çörək şəklli bombalar kəmər sıxma tədbirlərinin və vergi artımı söhbətlərinin xalq arasında böyük etiraz yaratdığına diqqət çəkib.

Ancaq Fransa xalqı ölkələrinin "partlamağa hazır bomba" olaraq göstərilməsinə sərt reaksiya göstərib. Qapağın eyni zamanda Fransa şahzadəsi Mariotte Antionettein qlobal böhran zamanında "Çörək yoxsa tort yesinlər" sözünə də işarə etdiyi də deyilir. 

Qapağın rəsmi qədər məzmunu da diqqət çəkir. Jurnal Fransada ictimai xərclərinin ölkə iqtisadiyyatının yüzdə 57-inə bərabər olduğuna diqqət çəkərkən ölkə borcunun yüzdə 90-a çıxdığı bildirilir. 


Sizin Reklam Yeriniz