Əlaqə Arxiv
news Image
2012.11.22
13:41
| A A A
PASHA Bank kiçik və orta sahibkarlar (KOS) üçün keçirilmiş seminarın təşkilatçısı olub

Movqe.Az xəbər verir ki, Bakıda "Kiçik və orta sahibkarların (KOS) maliyyə vasitələrinə çıxış imkanları" adı altında seminar keçirilib. Tədbir PASHA Bank tərəfindən təşkil olunmuş və Azərbaycan Sahibkarlar Konfederasiyasının və Azərbaycan Mərkəzi Bankının (AMB), dəstəyi ilə keçirilib.

"Hilton" otelində keçirilən seminarın işində 60-dan yuxarı təşkilatın nümayəndələri iştirak edib. Tədbir çərçivəsində dəvət olunmuş spikerlər - AMB nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) direktoru Elçin Həbibov, BMK-nın (Beynəlxalq Maliyyə Korporasiyası) kommunikasiyalar üzrə mütəxəssisi Rəsminə Qürbətova, BMK-nın Mərkəzi Asiya və Azərbaycanda maliyyə infrastrukturunun təkmilləşdirilməsi Layihəsinin əlaqələndiricisi Teymur Heybətov, PASHA Bankın Kredit risklərinin qiymətləndirilməsi departamentinin meneceri Yalçın Abdullayev kiçik və orta sahibkarlığın inkişafına bu və ya digər dərəcədə aid olan ən aktual sualları cavablandırıblar.

Belə ki, seminar iştirakçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinin iş üslubu ilə, məlumatlardan istifadə imkanı ilə və MKR-nın fəaliyyətinə aid digər məsələlərlə; BMK-nın kiçik və orta sahibkarlarla iş sahəsində təcrübəsi ilə; eləcə də, ölkənin ən iri banklarından biri olan PASHA Bankın mütəxəssisinin müsbət kredit tarixçəsinin mövcudluğuna və onun borcalanın işgüzar fəaliyyətinin inkişafına təsirinə dair aktual məsələlərə münasibəti ilə tanış olublar. Tədbirin gedişi ərzində müzakirələrin xeyli məhsuldar keçdiyini qeyd edən bir sıra seminar iştirakçıları AMB, BMK, PASHA Bank və Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə yeni tədbirlərdə iştirak etmək istəklərini ifadə ediblər.

Yalçın Abdullayevin tədbirdən sonra qeyd etdiyi kimi, çıxışının məqsədi KOS-lar sektorunu təmsil edən orta statistik şirkətlərin bir sıra səhvən yaranmış stereotiplərini dağıtmaqdan ibarət olmuşdur. "Mən belə bir faktı xüsusi olaraq vurğulamaq qərarına gəldim ki, kredit reyestrindən çıxarış, daha doğrusu, müştərinin kredit tarixçəsi banklar üçün heç də az əhəmiyyət daşımır, sözün məcazi mənasında onu "borcalanın maliyyə pasportu" adlandırmaq olar. Lakin bu, bankların diqqət yetirdiyi yeganə amil deyildir. Onları müştərinin işgüzar fəaliyyətinin mövcud vəziyyəti, maliyyə hesabatı və idarəetmə üsulları, o cümlədən maliyyə hesabatlarının idarə edilməsi təcrübələri daha çox maraqlandırır. Təəssüf ki, bir çox müştərilər mühasibatlıq və maliyyə menecmenti anlayışlarını eyniləşdirir, sonra isə, banklara təqdim etmək üçün müvafiq hesabatların hazırlanmasına günlər və həftələr sərf etməli olurlar. Belə prosesləri tezləşdirmək məqsədi ilə PASHA Bank öz müştərilərinə hər zaman yardım edir və bundan sonra da məsləhət xidmətlərini göstərməyə hazırdır" - deyə cənab Abdullayev qeyd etmişdir.

Xatırladaq ki, Kiçik və Orta Sahibkarlarla əməkdaşlıq PASHA Bankın yeni və əsas fəaliyyət istiqamətlərindən biridir. Bu səbəbdən, Bankın məqsədlərindən biri KOS-lar sektorunu təmsil edən işgüzar cəmiyyətin maliyyə savadlılığını artırmaqdan ibarətdir.

Sizin Reklam Yeriniz