Əlaqə Arxiv
news Image
2016.05.01
13:30
| A A A
Plastik kartlarda komissiyalar endirilir

Plastik kartlardan istifadə zamanı vəsaitlərin konvertasiyasına görə komissiyalar endirilir. Ekspertlər bank sektorunda bu və digər xidmət haqlarınin azaldılması prosesinin davam edəcəyini bildirirlər.


Movqe.az xezerxeber.com-a istinadən bildirir ki, sonuncu devalvasiyadan sonra bir çoxları dollar hesablarına manat yükləyir, sonra kartla dollar çıxardaraq onu satırdı. Belə vəziyyətdə banklar konvertasiya haqlarını artırmışdı. Ancaq hazırda vəziyyət dəyişib. Bu sahədə komissiya faizləri azalıb. İqtisadçılar bunu manatın məzənnəsinin stabilləşməsi ilə əlaqələndirir.


İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, bazarda elə bir durum yaranmışdı ki, insanlar əllərindəki son manatları da dollara çeviriridi. Bu da iki fəfə devalvasiyadan sonra yaranan bir psixoloji durum idi.  Amma artq bu gün manatin sabitləşməsini hər bir vətəndaş görür.


2016-cı ilin yanvarında banklar konvertasiyaya görə komissiyanı dörd, bəziləri isə altı faizə qədər yüksəltmişdi. Hazırda bəzi banklar hətta yığımları 1%-ə qədər azaldıb. Bu, həm də müştərilərin etimadını qazanmaq məqsədi daşıyır.


Yaxın günlərlə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektoruna aid mühüm qərarların veriləcəyi gözlənilir. Ekspertlər konvertasiya və digər xidmət növlərinə görə  vahid tariflərin tətbiq olunacağını proqnozlaşdırırlar.

Sizin Reklam Yeriniz