news Image
2016.05.02
10:40
| A A A
SOCAR: TANAP-ın maliyyələşdirilməsində heç bir problem yoxdur

Neftin qiymətinin aşağı olmasına baxmayaraq, Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi proqnozlaşdırılan qrafik üzrə davam etdirilir.

Movqe.az xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev "Natural Gas Europe" nəşrinə müsahibəsində bildirib.


Onun sözlərinə görə, yaxına aylar ərzində Dünya Bankı və Avropa İnvestisiya Bankı layihəyə 2,13 mlrd. dollar kredit ayıracaq. "Vəsait TANAP-da 30%-lik paya malik olan Türkiyənin BOTAŞ şirkətinə ayrılacaq və kəmərin 780 kilometrlik hissəsinə investisiya ediləcək", - deyə V. Əliyev qeyd edib.

 

SOCAR rəsmisi bildirib ki, TANAP-ın tikintisinin maliyyələşdirilməsində heç bir maneə yoxdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs