Əlaqə Arxiv
news Image
2016.05.02
19:00
| A A A
Nazirlik: I rübdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2 mln. manatdan çox güzəştli kredit verilib

 Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə cari ilin yanvar-mart ayları ərzində ölkənin 15 rayonunda fəaliyyət göstərən 19 kənd təsərrüfatı məhsulları istehsalçısına 2 mln. 69 min manat həcmində güzəştli kredit ayrılıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, verilmiş kreditlərin 10,3%-i quşçuluq, 3,9%-i balıqçılıq, 4,0%-i tərəvəzçilik və 81,8%-i isə heyvandarlıq sahələrinə ayrılıb.

 

Eyni zamanda, dövlət xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 3 sahibkara 350 min manat kredit verilib.

Sizin Reklam Yeriniz