Əlaqə Arxiv
news Image
2016.05.02
17:15
| A A A
Bakı Fond Birjası Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarını hərraca çıxarıb

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Trend BFB-yə istinadən məlumat verir.Hərraca hər birinin moninal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 150 min istiqraz çıxarılacaq. İstiqrazların ödəmə tarixi 2 avqust 2016-cı ildir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.

Sizin Reklam Yeriniz