Əlaqə Arxiv
news Image
2016.05.03
07:03
| A A A
Özəl sektor yenə qiymətli kağızlardan uzaq qaçır
Ruslan Atakişiyev: “Bu gün dünyada səhmlərin buraxılması ilə maliyyə cəlbi praktikası geniş yayılıb” Fuad İbrahimov: “Bu proses uzun müddət getməlidir ki, regionun maliyyə mərkəzinə çevrilə bilək”

Qiymətli kağızlar bazarı intensiv olmasa da, özünün inkişaf dövrünü yaşamaqdadır. Ancaq diqqət çəkən məqam odur ki, hələlik özəl sektorun bu inkişafda payı elə də böyük deyil. Bu gün qiymətli kağızlar bazarının böyük hissəsi məhz dövlət qiymətli kağızları hesabına formalaşır. Halbuki, özəl sektor da səhm satışından əlavə maliyyə vəsaitləri cəlb edə bilər. Hansı ki, dünyada özəl sektor çoxdan bu təcrübədən yararlanmaqdadır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, bu gün dünyada səhmlərin buraxılması ilə maliyyə cəlbi praktikası geniş yayılıb: "Bu, onunla bağlıdır ki, səhm vasitəsi ilə maliyyənin cəlbi nisbətən ucuz başa gəlir. Bundan başqa daha uzunmüddətli olur. Ölkəmizdə isə özəl sektorun geniş şəkil səhm buraxmamasının səbəbləri var. Bu işdə açıq səhmdar cəmiyyətlər maraqlı olmalıdır. İşin ilk olaraq açıq səhmdar cəmiyyətlər (ASC) tərəfindən həyata keçirilməsinə ehtiyac var. Ancaq bu gün açıq səhmdar cəmiyyətlərdə bir sıra şəxslər iri payçılara çevriliblər. Səhmlərin 80%-nə malik olan payçılar var. Hətta bəzən öz qohumlarının adına səhm alırlar. Bu da nəticədə ümumi yığıncaqda səslərinin yüksəksəlməsinə səbəb olur. Yəni, açıq səhmdar cəmiyyətlərdə kooperativ idarəetmə prinsipləri düzgün icra edilmir.

Bundan başqa, səhmi buraxmaq üçün gərək müəssisənin maliyyə fəaliyyəti şəffaf olsun. Yəni, müəssisə maliyyə hesabatını dərc etməlidir. Çünki, şəffaf maliyyə hesabatı koopertiv idarəetmənin tələblərindən, səhmlərin buraxılmasında şərtlərdən biridir. Halbuki, hazırda açıq səhmdar cəmiyyətlərin əksəriyyəti zərərlə işləyirlər. Ona görə də bəzən maliyyə hesabatlarını dərc etməkdən yayınırlar. Bu da nəticədə səhm kağızı buraxmaq imkanlarını məhdudlaşır. Eyni zamanda, hazırda şirkətlərin bəziləri səhm buraxmaqda lazımi şərtlərə cavab vermir. O baxımdan şirkətlər səhm buraxmaqda maraqlı olmurlar. Yəni, kooperativ idarəetmə sütunlarının olmaması səhm buraxmağın qarşısını alır. Odur ki, sadalanan problemlərin həlli ilə yanaşı, bu sahədə dövlət stimullaşdırıcı tədbirlət həyata keçirilməlidir".

Digər iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, bu, mühitlə gələn bazarın qabiliyyəti deyil ki, sahibkarların sahəyə anidən marağı yaransın: "Bunun üçün illərlə formalaşmış mühit lazımdır. Yəni, institusional dəyərlər olmalıdır. Təəssüflər olsun ki, son iqtisadi islahatlara qədər belə institusional dəyərlər olmayıb. Ancaq yeni əsasnamə ilə yaxın gələcəkdə bunun üçün mühit yarana bilər.

Mühit əsasında onun maariflənmə prosesi də aparılmalıdır ki, sahibkarlarda buna maraq yaransın. Söhbət institusional dəyərlərdən gedir. Yəni, bizdə bu sahədə uzun müddətdir boşluqlar olub. Düzdür, əsasnamə ilə daxili təlimatlarda buna toxunulub. Yəni, Qiymətli Kağzılar üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Lakin onlara maliyyə bazarlarındakı icra vəziyyətinin araşdırılması ilə bağlı müraciət edəndə, cavab vermirlər Halbuki, Azərabaycan üçün səhm bazarının genişləndirilməsi vacib məqamdır. Ancaq çox təəssüflər oslun ki, hələlik bu sahədə irəliləyiş yoxdur. Heç sahibkarların tam olmasa da, kütləvi formada bu sahədən anlayışı yoxdur. Bu proses uzun müddət getməlidir ki, regionun maliyyə mərkəzinə çevrilə bilək".

Sizin Reklam Yeriniz