news Image
2016.05.03
15:15
| A A A
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə icraçı direktor təyin edilib

Mayın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının ilk iclası keçirilib. Bu barədə Movqe.az məlumat verir.


Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb və Mərkəzin Müşahidə Şurasının üzvləri təyin edilib.


Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynovdur.


İclasda Mərkəzin fəaliyyətinin təşkili və strateji inkişafı ilə bağlı məsələlər müzakirə edilib.


Müşahidə Şurasının qərarına əsasən Vüsal Əfras oğlu Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru təyin edilib. Vüsal Qasımlı iqtisad üzrə fəlsəfə doktorudur.azərtac

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs