Əlaqə Arxiv
news Image
2016.05.03
15:37
| A A A
"Fitch": ABŞ-ın neft-qaz şirkətlərinin defoltları rekord vurur

ABŞ-ın neft-qaz sahəsindəki şirkətlərinin defoltlarının sayı son 17 ilin rekordlarını vurub.


Movqe.az "Finansial Times"a istinadən xəbər verir ki, bu barədə "Fitch" reyting agentliyinin məlumatında bildirilir.


Son 3 gün ərzində "Ultra Petroleum" və "Midstates Petroleum" şirkətləri də müflis olduqlarını elan ediblər. Bununla da ABŞ neft-qaz sahəsində defoltların səviyyəsi 13 %-a kimi qalxıb.


Problemin əsas səbəbi kimi "Fitch" dünya neft qiymətlərinin kəskin düşməsini göstərir. 2014-ci illə müqayisədə neft qiymətləri yarıdan çox ucuzlaşıb.


"Fitch" analitiklərinin hesablamalarına əsasən, ABŞ-da neft-qaz sahəsindəki defoltların səviyyəsi bu ilin sonuna 60 faiz təşkil edəcək.

Sizin Reklam Yeriniz