Əlaqə Arxiv
news Image
2016.05.03
17:40
| A A A
Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb

2016-cı ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.


Movqe.az-ın "Azərenerji" ASC-yə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövründə 1,9 milyard kilovat-saat olub.


Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.


Cari ilin ötən 4 ayı ərzində isə 7,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu rəqəm 2015-ci ilin eyni dövründə 8,2 milyard kilovat-saat təşkil edib.

Sizin Reklam Yeriniz