Əlaqə Arxiv
news Image
2016.05.04
17:10
| A A A
Son 4 ayda 139 çoxmərtəbəli bina təbii qazla təmin edilib

"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir ki, görülmüş işlərin nəticəsidə Birlik 2016-cı ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 139 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 4994 ailə yaşayır."Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Sizin Reklam Yeriniz