Əlaqə Arxiv
news Image
2016.05.05
09:50
| A A A
Avro dollara nisbətdə sürətlə dəyən qazanır
Natiq Cəfərli: “Dünyanın aparıcı ölkələrində baş verən hadisələr avronun güclənməsinə səbəb oldu” Nicat Hacızadə: “Azərbaycanda manata təsir edən əsas amil kimi dollar qəbul edilir”

Dünya bazarında avro bahalaşır. Hazırda avronun dollara qarşı məzənnəsi 1 avro üçün 1,15 dollar təşkil edir. İqtisadçılar avronun bahalaşmasını müxtəlif səbəblərlə izah edirlər. Avronun möhkəmlənməsinin Azərbaycana iqtisadiyyatına təsiri də birmənalı hesab olunmur. Bu amil valyuta ehtiyatımızı artıracaqsa, digər tərəfdən də Avropadan ixdal edilən məhsullar bahalaşa bilər.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, avronun bahalaşmasının əsas səbəbi avrozona ilə əlaqəli deyil: "Bu, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin artırması qərarının uzanması ilə əlaqədardır. Ötən ilin sonunda FES bu il üçün uçot dərəcəsini 4 dəfə artıracağı ilə bağlı bəyanat vermişdi. Ancaq son iki toplantısında faiz artımlarının sərhədli və ehtiyatlı olacağı haqqında rəsmi açıqlama verdi. Bu da yaxın zamanda dolların bahalaşmayacağı ehtimalını yaratdı.

İkinci səbəbi isə Yaponiya iqtisadiyyatı ilə bağlıdır. Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı. Təşviq proqramlarını o qədər irəli apardı ki, kreditlərdən faiz almaqdansa, kreditin bir hissəsini müştəriyə bağışladı. Məqsəd iqtisadiyyatı canlandırmaqdır. Oradan çıxan vəsaitin bir hissəsi də yatırım şəklində digər valyutalara, xüsusən avroya keçdi. Yəni, Avropada yox, dünyanın aparıcı ölkələrində baş verən hadisələr avronun güclənməsinə səbəb oldu. Baxmayaraq ki, avronu zəiflətmək üçün Avropa Mərkəzi Bankı kifayət qədər addımlar atır. Ancaq hələlik avronun zəifləməsi baş vermir. İxracatda artım olması üçün avrozona avronun zəifləməsində maraqlıdır".

Ekspertin sözlərinə görə, avronun bahalaşmasının Azərbaycan iqtisadiyyatına həm mənfi, həm də müsbət təsirləri var: "Nəzərə alaq ki, Dövlət Neft Fondunda yığımların bir hissəsi avroda saxlanılır. Yəni, avro bahalaşdıqca avro ilə saxlanılan ehtiyatların dollar ekvivalentində artım baş verir. Bu baxmdan Dövlət Neft Fondu qazanır. Mənfi tərəfi isə odur ki, Avropadan gələn məhsullar bahalaşması gözlənilir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nicat Hacızadə bildirirki, Azərbaycanda manata təsir edən əsas amil kimi dollar qəbul edilir: "Dolların avroya nisbətən 3 faizə yaxın dəyər itirməsi və neftin dünya bazarındakı qiymətinin dəyişkənliyi yerli valyutaya advekat təsir etməyib. Çünki, nəzərə alaq ki artıq Mərkəzi Bankın bazara təsir imkanları digər faktorlardan daha çoxdur".

Ekspertin sözlərinə görə, avronun bahalaşmasına Böyük Britaniya ilə Avropa Birliyi arasındakı münasibətlərin bəlli təsiri olub: "Bundan əlavə Avropa bazarındakı avroya olan tələbin artması da ciddi təsir edən faktorlardan biridir. Ancaq avronun bahalaşmasının Azərbaycan milli valyutasına advekat təsirini görmürük".

Sizin Reklam Yeriniz