Əlaqə Arxiv
news Image
2016.05.06
09:15
| A A A
Xaricdən gətirilən yüklər “yaşıl dəhliz” vasitəsilə Azərbaycana daşınanacaq
Fikrət Yusifov: “Gömrük sərhədlərində belə şəffaflığın yaradılması ökədə investisiya mühitinin daha etibarlı olacağı anlamına gəlir” Vüqar Bayramov: “Bu layihə xüsusən karqo nəqliyyatının hərəkətinin asanlaşdırılmasına xidmət edir”

Sahibkarlığa dəstək məqsədilə xaricdən gətirilən yüklər "yaşıl dəhliz" vasitəsilə Azərbaycana daşına bilər. Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. O bildirib ki, Prezident İlham Əliyevin 4 mart tarixli Sərəncamından sonra iki ay ərzində müxtəlif dövlət qurumları ilə birgə normativ aktların layihələrini hazırlanaraq Prezident Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilib. Artıq müəyyən işlər gedir və yaxın zamanlarda sahibkarlara kömək məqsədilə müxtəlif dəhlizlər, eyni zamanda yüklərin "yaşıl dəhliz" vasitəsilə Azərbaycana gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərar veriləcək".

Mütəxəssislərin "yaşıl dəhliz" prinsipinin yüksək dəyərləndirirlər. Bunun idxal prosesini sadələşdirəcəyini düşünürlər. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov ilk olaraq onu qeyd etdi ki, keçən ilin son aylarından başlayaraq gömrük sistemində sadələşdirmələrin aparılmasına start verildi: "Buna qədər ölkə başçısı öz çıxışlarında bir neçə dəfə idxal – ixrac əməliyyatlarının aparılması qaydalarının sadələşdirilməsinin zəruriliyini xüsusi olaraq vurğulayıb. Ötən müddət ərzində bu sahədə kifayət qədər ciddi irəliləyişlər əldə olunub. Bu istiqamətdə atılan addımlar, idxal və ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi və nəticə etibarı ilə inhisarçılığın aradan qaldırılmasına geniş meydan aça bildi. İdaxala yaşıl işıq yandırılmasını, yəni "yaşıl dəhlizlərin" fəaliyyətə başlamasını nəzərdə tutan yeni qərarın qəbulu isə bu sahədə bütün məsələlərin tam hüquqi bir müstəvidə həlli demək olacaq".

Professor əlavə etdi ki, ölkə iqtisadiyyatının neftdən asılılığının minimum endirilməsi istiqamətində atılan addımlar içərisində ən zəruri olan tədbirlərdən biri də idxal-ixrac əməliyyatlarının beynəlxalq standartlara uyğun yenidən qurulmasını təmin etməkdən ibarətdir: "Çox yaxşı haldır ki, artıq hökumət bu qəbildən olan addımların atılmasında kifayət qədər israrlıdır. Bu isə o deməkdir ki, idxal – ixrac əməliyyatları ilə məşğul olan sahibkarların fəaliyyətində indiyə qədər əngələ çevrilmiş maneələr aradan qaldırılacaq. Gömrük sərhədlərində belə şəffaflığın yaradılması ökədə investisiya mühitinin daha etibarlı olacağı anlamına gəlir. Bu isə öz növbəsində ölkənin qeyri-neft sektoruna xarici kapitalın axınını stimullaşdıracaq əsas məsələlərdən biridir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, "yaşıl dəhliz" sahibkarlarnı daha az proseduralardan keçməklə məhsulların rahat şəkildə idxalına imkan verəcək: "Nəzərə alaq ki, Azərbaycan Rusiya, Qazaxıstan və digər bir sıra ölkələrlə "yaşıl dəhliz"in yaradılması istiqamətində müzakirələr aparıb. Hətta razılaşdırılıb. Bu layihə xüsusən karqo nəqliyyatının hərəkətinin asanlaşdırılmasına xidmət edir. Karqo nəqliyyatının maneələr olmadan ölkələr arasında sadə proseduralarla hərəkətinə zəmin yaradır. O baxımdan "yaşıl dəhliz" Azərbaycan sahibkarlarının öz məhsullarının asan şəkildə ölkəyə gətirilməsinə imkan verəcək. 

Artıq bir sıra ölkələrdə, o cümlədən MDB ölkələrində "yaşıl dəhliz"lər fəaliyyət göstərir. Nəzərə alaq ki, "yaşıl dəhliz"lər dən istifadə edən zaman həm kaqro nəqliyyatının işi asanlaşır, həm də vergidən azad olan məhsulların ölkəyə gətirilməsinə şərait yaranır. Bir sıra məhsulların idxalında yaranan problemlərin, xüsusən də sərhəddə müşahidə edilən növbələrin qarşısını almaq mümkün olacaq. Praktiki olaraq, bununla da sahibkarlar üçün daha sadə proseduraların tətbiqi mümkün olacaq".



Sizin Reklam Yeriniz