Əlaqə Arxiv
news Image
2016.05.07
13:00
| A A A
Gürcüstan Azərbaycana yeni vaqonlar təklif edəcək

Gürcüstanın vaqonqayırma zavodu istehsal etdiyi yeni vaqonları və elektrik qatarlarını Azərbaycana satmaq niyyətindədir. Bununla əlaqədar yeni təkliflər paketi hazırlanıb və yaxın günlərdə həmin paket Azərbaycan tərəfinə təqdim olunacaq.


Movqe.az xəbər verir ki, bu sözləri AzərtacTac-a müsahibəsində Gürcüstan vaqonqayırma zavodunun müşahidə şurasının sədri xanım Nino Tsilosani söyləyib.


Nino Tsilosani deyib: "Zavod Avropa standartlarına cavab verən yeni yük və sərnişin vaqonlarının, elektrik qatarlarının istehsalına başlayıb. Bunun üçün lazım olan lisenziya alınıb. 2010-cu ildən başlayaraq çinli tərəfdaşlarımızla birgə sürətli elektrik qatarlarının istehsalını həyata keçiririk. Bu qatarlar hazırda Tbilisi-Batumi şəhərləri arasında fəaliyyət göstərir. Sərnişinlər və qonaqlar vaqonların rahatlığından razılıq edirlər".


N.Tsilosaninin sözlərinə görə, zavodda postsovet və Avropa ölkələrinin dəmir yolları üçün nəzərdə tutulmuş vaqonlar istehsal olunur. "Vaqon istehsalında lazım olan metal konstruksiyaları hazırlamaq üçün metallurgiya zavodu da almışıq. İstehsal etdiyimiz yüksək keyfiyyətli vaqonların qiymətləri də sərfəli olacaq. Ona görə də düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi aktuallaşdıqdan sonra "Azərbaycan Dəmir Yolları" QSC bu cür sürət qatarları ilə, xüsusilə də yük vaqonları ilə maraqlanacaq. Biz bununla əlaqədar hazırladığımız yeni layihəni və müvafiq sənədləri Azərbaycan tərəfinə təqdim etmək üçün gələn ay Bakıya səfər edəcəyik", - deyə N.Tsilosani vurğulayıb.

Sizin Reklam Yeriniz