news Image
2016.05.06
18:15
| A A A
Lerikdə yeni avtomobil körpüsü inşa edilir

Bir müddət bundan öncə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyindən Təbrizli kəndinə gedən yol üzərində sel sularının dağıtdığı dəmir körpünün yerində yeni körpü inşa edilir.


"Azəravtoyol" ASC-dən Movqe.az-a verilən məlumata görə, sovet hakimiyyəti dövründə dəmir konstruksiyadan yığılan və istismar müddəti bitən körpünün uzunluğu 32 metr, eni isə 3,5 metr idi. Yeni inşa edilən körpü isə dəmir-beton konstruksiyalı olmaqla uzunluğu 19 metr, eni isə 4,5 metr olacaq.


Hazırda yeni körpünün dayaqlarının inşası aparılır. Buna paralel olaraq suların körpünün dayaqlarına ziyan vurmaması üçün su tənzimləyici qurğunun da tikintisi həyata keçirilir.


Tikinti işləri "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır və tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.


Qeyd edək ki, hərəkətinin dayanmaması məqsədi ilə çayın avtonəqliyyat vasitələrinin məcrası hamarlanmaqla müvəqqəti olaraq keçid təmin olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs