Əlaqə Arxiv
news Image
2016.05.12
18:20
| A A A
"Neft Daşları"ndakı quyulardan biri əsaslı təmir olunub

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2297 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.


Movqe.az  SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2295-2276 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib.


Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Sizin Reklam Yeriniz