news Image
2016.05.14
17:30
| A A A
Dəmirçilərə ilk dəfə qaz verildi

Mayın 14-də SOCAR prezidenti Rövnəq Abdullayev Tərtər rayonunun Dəmirçilər kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak edib.


Movqe.az-ın şirkətin saytına istinadən verdiyi məlumata görə, SOCAR rəhbərliyi təmsilçilərinin, Tərtər rayon İcra Hakimiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə bildirilib ki, 216 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13 476 metr uzunluğunda müxtəlif diametrli polietilen və 17 186 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Tədbirdə çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs