Əlaqə Arxiv
news Image
2016.05.18
16:23
| A A A
Daha bir yol təmir olunur

Xocahəsən avtomobil yolunda cari təmir işləri aparılır.


"Azəravtoyol" ASC-dən Movqe.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.


Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.


Qeyd edək ki, Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.


Təmir-bərpa işlərinin bir neçə gün ərzində davam etdirilməsi planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə olunur.

Sizin Reklam Yeriniz