news Image
2016.05.20
09:40
| A A A
Azərbaycan və Qırğızıstanın spikerləri iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Qırğızıstanın spikerləri iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində Qırğızıstan Joqorku Keneşinin (Parlament) rəhbəri Çınıbay Tursunbekov ilə görüşüb.

"Report" Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüş zamanı iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər.Görüş zamanı O.Əsədov Ç.Tursunbekovu spiker vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

Milli Məclisin nümayəndə heyəti mayın 18-dən 20-dək Sankt-Peterburqda MDB PA-nın növbəti Şura və plenar iclaslarında iştirak edir.

Nümayəndə heyətinin tərkibinə MM sədrinin müavini Valeh Ələsgərov, deputatlardan İlham Məmmədov, Rauf Əliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı, Rüfət Quliyev, Aparatın rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

MDB PA-nın Şura iclasında qurumun xətti ilə təşkilata üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərinin monitorinqi, Parlament Assambleyasının ötənilki fəaliyyəti və digər məsələlər müzakirə olunur.

Təşkilatın 44-cü plenar iclasında "Energetikanın inkişafının əsasları haqqında", "Bioloji müxtəlifliyin qorunması, istifadəsi, yenidən bərpası haqqında", "Ekoloji ekspertiza haqqında" və digər model qanunlara baxılır, kosmik fəzadan dinc məqsədlərlə istifadə olunması barədə fikir mübadiləsi aparılır.

Deputatlarımız burada MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edir, müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirirlər.

Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə MDB PA-nın fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs