Əlaqə Arxiv
news Image
2016.05.20
17:22
| A A A
"Azərbaycanda aparılan pul-kredit siyasəti bizi narahat edir"

"2015-ci ildə dövlət büdcəsində qənaet rejiminə əməl olunsa da, sosial layihələrə ayrılan vəsait 100 faiz yerinə yetirilib. Bu önəmli məsələdir".

Movqe.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin iclasında deyib. Millət vəkili bildirib ki, cəmiyyətdə ipoteka məsələsi gündəmdədir: "2015-ci ildə məbləğ yüksək olunmasa da, ipotekanın verilməsi icra olunub. 2016-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı ipoteka və sosial evlərin tikilməsinin ön plana çıxarılmasını təklif edirəm. 2015-ci ilin dövlət büdcəsinin icrasında da intizam tədbirləri qorunub saxlanılıb, yerli gəlirlər faktiki olaraq yerinə yetirilib". 

Deputat Azərbaycanda aparılan pul kredit siyasətinin onları narahat etdiyini qeyd edib: "Bank sistemində vəziyyət ağırdır. Əhali əmanətlərini geri ala bilmir. Kreditlər verilmir, faizlər yüksəkdir. Buna görə də bank sisteminin sağlamlaşdırılması vacibdir. Bu məsələ bizi narahat edir". 

Daha sonra çıxış edən deputat Əli Məsimli qənaet rejiminə əməl edilməsinin vacib olduğunu deyib. Millət vəkili ipoteka məsələsinə diqqət çəkərək bildirib ki, konkret olaraq onun icra olunacağı tarix açıqlanmalıdır: "İpoteka ilə bağlı aidiyyatı strukturlar "yaxın vaxtlarda" olan sözünü dəyişib, nə vaxt olacağını desinlər və insanlar gözləməkdən çəkinsinlər". 

Sizin Reklam Yeriniz