news Image
2016.05.23
14:45
| A A A
Son illərdə kəşf olunmuş yataqlar hesabına Azərbaycanın qızıl ehtiyatları 2 dəfədən çox artıb

Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artıb. Movqe.az-ın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.


Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunub, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunub.


Nazirin sözlərinə görə, Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınıb ki, onlardan 253 yataq, o cümlədən 18 filiz, 55 qeyri-filiz, 179 inşaat materialları yataqları və 1 yeraltı şirin su yatağı məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra qeydiyyata alınmışdır. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs