Əlaqə Arxiv
news Image
2016.05.24
10:50
| A A A
Ötən il büdcə kəsirinin maliyyələşdirilməsi üçün planlaşdırılan 763 mln. manatlıq istiqraz emissiyası baş tutmayıb

 Qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi 763 mln. manat məbləğində nəzərdə tutulduğu halda ötən il dövlət büdcəsinə bu mənbə üzrə heç bir vəsait daxil olmayıb.

Movqe.az  xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, əksinə -37 mln. 601,3 min manat məbləğində vəsait borcun (istiqrazların geri qaytarılması ilə) ödənilməsi məqsədilə dövlət büdcəsinin mədaxilinin azalması hesabına həyata keçirilib.


2015-ci ildə dövlət istiqrazlarının yerləşdirilməsi həyata keçirilməyib, eyni zamanda, ötən illərin borcu da nəzərə alınmaqla 2015-ci ildə buraxılmış istiqrazlar üzrə 84,1 mln. manat yaranmış borc məbləği geri qaytarılıb ki, bundan 77,5 mln. manat əsas borc, 6,6 mln. manat faiz borcu üzrə olub.


Nəticə etibarı ilə, 2015-ci ildə əvvəlki illərdə yerləşdirilmiş istiqrazlara ödənilmiş məbləğ 77,5 mln. manat təşkil edib ki, bunun da 37,5 mln. manatı dövlət büdcəsinin mədaxilinin azalması hesabına olub, 40,0 mln. manatı isə daxili dövlət borcuna xidmət xərclərinin əsas borc üzrə nəzərdə tutulmuş hissəsindən icra edilib.

Sizin Reklam Yeriniz