news Image
2016.05.24
16:52
| A A A
BP: "Şahdəniz-2" layihəsinə Azərbaycanda 22 mindən çox insan cəlb olunub

 Bu ilin birinci rübündə "Şahdəniz-2" layihəsi uğurla irəliləməyə davam edib.


"BP-Azerbaijan" şirkətindən  verilən məlumata görə, hazırda layihə üzrə işlər (mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla) ümumilikdə 70%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.


Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

 

İsrafil Hüseynov boru düzən gəmisi plana uyğun olaraq 32 düymlük sualtı ixrac kəmərinin 40 kilometrə yaxın hissəsini quraşdırıb.

 

Bu ilin birinci rübündə həmçinin ATA sahəsində iki "Şahdəniz-2" platformasının üst modullarının istismara verilməsinə başlanılıb və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılıb.

 

Bu ilin birinci rübündə Azərbaycanda artıq 22 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır./apa/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs