news Image
2016.05.25
09:22
| A A A
Ödəmə qabiliyyəti olmayanların kredit götürməsi çətinləşəcək
Rəşad Həsənov: “Proses bank-kredit sisteminin sağlamlaşdırılmasına müsbət təsirini gösətərəcək” Cəfər İbrahimli: “BOKT, lizinq, kredit ittifaqları, həm də bankların özləri müştərilərin ödəmə qabiliyyətini, riskləri yoxlamaq üçün yeni mexanizmlər hazırlamalıdırlar”

Azərbaycanda uzun müddətdir yaradılması gözlənən qurumlardan biri özəl kredit bürolarıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı belə büroların yaradıla biləcəyini istisna etməyib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, indiyə qədər buna bənzər Mərkəzi Bankın Kreditlərin Reyester Xidməti adlı qurumu fəaliyyət göstərirdi: "Bu qurumun əsas məqəsədi kredit götürənlərin kredit borclarının həcminin uçotunu aparmaq, bunula bağlı vahid mərkəzdə məlumatları toplamaq, sonradan isə bu məlumatları bank-kredit sistemində fəaliyyət göstərən kredit təşkilatları ilə bölüşməkdən ibarət idi. Eyni zamanda məqsəd o idi ki, vətəndaşın, biznesin subyektinin kredit yükünün müəyyənləşdirilməsi imkanı daha da asanlaşdırılsın və kreditləşdirilmə prsosesi sürətləndirilsin, kredit götürənlərin ödəmə qabiliyyəti ölçülsün.

Hazırda özəl kredit bürolarının yaradılmasında da məqsəd bundan ibarətdir. Bürolar kredit götürənlərin kredit tarixçələrinin təhlilini həyata keçirəcəklər, onların gəlirləri, kredit qaytarma qabiliyyəti, bizneslərinin faktiki vəziyyəti haqqında informasiyaları burada cəmləməklə kredit təklif edən qurumların işini daha da asanlaşdırılması prosesini həyata keçirəcəklər. Azərbaycanda 2000-ci illərin sonundan etibarən kütləvi şəkildə kreditləşmə həyata keçirildi. Nəticədə də ciddi problemlər ortaya çıxıb. Bunun səbəblərdən biri də kortəbii, insanların kredit qaytarma qabiliyyətinin düzgün qiymətlənidirlməməsidir. Bu gün özəl kredit büroları dünyanın əksər ölkələrində fəaliyyət göstərir. Onlar əksər hallarda ödənişli xidmətlər təklif edirlər. Banklar özləri hansı büro ilə əməkdaşlıq edəcəyini özləri müəyyənləşdirir. Daha dolğun məlumat toplayan bürolar daha geniş əməkdaşlıq sferasına malik olurlar. Bu, bank işinin nisbətən sadələşdirilməsi, bnklarda əlavə işçi qrupunun saxlanılması ehtiyacının azaldılması, informasiyaların daha asan əldə olunması məqsədi daşıyır. Eyni zamanda bankların daha düzgün kredit siyasəti aparmaqla daha dayanıqlı kredit portfeli formalaşdırmasına xidmət göstərir. Proses bank-kredit sisteminin sağlamlaşdırılmasına müsbət təsirini gösətərəcək".

Ekspertin fikrincə, yaradılacaq özəl büroların kredit faizi dərəcəsinə təsir göstərməyəcək: "Çünki, kənardan göstərilən xidmətdir ki, burada kredit götürən haqqında informasiyaların toplanması, krediti qaytarma qabiliyyətinin ölçülməsi həyata keçiriləcək".

Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, əslində, bu gün Azərbaycan iqtisadiyyatına görə ölkədə kifayət qədər bank var: "Bundan başqa, bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqları fəaliyyət göstərir. Bu gün respublikada 80-ə yaxın BOKT var. Lombardları da nəzərə alsaq, Azərbaycanda kifayət qədər kredit-maliyyə aləti ilə işləyən təşkilatlar mövcuddur. O baxımdan indiki vaxtda kredit risklərinin tənzimlənməsi ölkə üçün daha vacib olmalıdır, nəinki, yeni təşkilatların yaradılması.

BOKT, lizinq, kredit ittifaqları, həm də bankların özləri müştərilərin ödəmə qabiliyyətini, riskləri yoxlamaq üçün yeni mexanizmlər hazırlamalıdırlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs