news Image
2016.05.25
10:07
| A A A
Rusiyadan Azərbaycana aviabiletlərin satışı 90 faiz artıb

 Rusiyadan Azərbaycana təyyarə biletlərinin satışı 90 faiz artıb.

 

Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə "Skyscanner" bilet və otel axtarışı xidmətinin araşdırmasında bildirilir.

 

Araşdırma çərçivəsində qeyd olunan resurs 260 min rusiyalı səyahətçi arasında sorğu keçirib, həmçinin, xidmətin saytı vasitəsilə aviabiletlərin bronlaşdırılmasını təhlil edib.

 

Məlumata görə, sifarişlərin əksəriyyəti (52 faiz) Rusiya kurortlarını əhatə edir. Ümumilikdə, cari yay mövsümündə  Rusiya turistlərinin 60 faizinin ölkə daxilində istirahət edəcəyi proqnozlaşdırılır. Keçən il bu göstərici 50 faiz təşkil edib.   

 

"Skyscanner"in araşdırmasına əsasən, daxili istiqamətlərdən başqa rusiyalı turistlər yaxın xaricə daha çox üz tutmağa başlayıb. Belə ki, ötən illə müqayisədə  Rusiyadan Gürcüstana biletlərin satışı iki dəfə, Azərbaycana isə 90 faiz artıb. Bolqarıstanda istirahətə tələbat 31 faiz, Qazaxıstanda – 20 faiz, Ermənistanda isə 16 faiz artıb.  

 

Uzaq xaric kurortlarından isə rusiyalılar daha çox İspaniya və İtaliyaya üstünlük verirlər./apa/ 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs