news Image
2016.05.25
10:15
| A A A
SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb

SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb.

 

Movqe.az  xəbər verir ki, bu barədə İsveçrənin rusdilli "Nasha Gazeta" nəşrinə müsahibəsində səfir Əkrəm Zeynallı deyib.

 

"Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə, SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu - bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCAR Trading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı", - deyə diplomat qeyd edib.

 

Səfir qeyd edib ki, SOCAR İsveçrədə fəaliyyətə başlayan zaman ictimaiyyət onun perspektivlərinə skeptik yanaşıb: "Lakin hazırda SOCAR rəqabətqabiliyyətli bir şrikətə çevrilib və müştərilər ondan razıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs