Əlaqə Arxiv
news Image
2016.05.25
12:40
| A A A
Özbəkistanın “Daily News” jurnalında SOCAR-ın prezidenti ilə müsahibə dərc edilib

Özbəkistanın "Daily News" jurnalının Daşkənddə keçirilən "Özbəkistanda Neft və Qaz-OGU 2016" adlı 20-ci beynəlxalq yubiley sərgisi ilə bağlı rus və ingilis dillərində dərc edilən xüsusi buraxılışında SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə müsahibə verilib.


Müsahibədə SOCAR-ın uğurları haqqında məlumat verilir. Bildirilir ki, SOCAR və "Özbəkneftqaz" Milli Holdinq Şirkəti Özbəkistanın neft-qaz sahəsində elektrik enerjisinə qənaət edən texnologiyaların tətbiqi ilə bağlı birgə müəssisə yaratmağı planlaşdırır.


Qeyd edilir ki, Şərq-Qərb nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycan-Özbəkistan əlaqələrində mühüm yer tutur. Belə ki, Bakı limanı Özbəkistan üçün mühüm nəqliyyat qovşağıdır. Özbəkistan Türkmənbaşı-Bakı və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi vasitəsilə dünya bazarına çıxış əldə edir. Azərbaycan isə Özbəkistan vasitəsilə Mərkəzi və Cənubi Asiya ölkələrinə çıxış əldə etmək imkanı qazanır.


Müsahibədə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Trans-Adriatik, Trans-Anadolu layihələri haqqında da ətraflı məlumat verilir.

Sizin Reklam Yeriniz