Əlaqə Arxiv
news Image
2016.05.26
09:30
| A A A
Bankların taksit kartları populyarlığını itirir
Rəşad Həsənov: “Bankların özlərinin apardığı siyasət taksit kartlarından istifadə edən vətəndsaşların sayının kəskin azalmasına gətirib çıxarıb” Cəfər İbrahimli: “Taksit kartlarından istifadənin zəifləməsi banklara vəsaitlərin satılmasında çətinlik yaradacaq”

Son zamanlar bankların taksit kartlarından istifadə edən müştərilərin sayının sürətlə azaldığı müşahidə olunur. Halbuki, az öncəyə  qədər banklarının əsas qazanc yerlərindən biri kimi həm də taksit kartları çıxış edirdi. Keçən ilə qədər müxtəlif banklar bu istiqamətdə fəaliyyət dairələrini genişləndirməkdə, dövriyyəyə müxtəlif adlarda taksit kartları daxil etməkdə idilər. Taksit kartlarına maraq xüsusən də Mərkəzi Bankın qərarı ilə banklar tərəfindən istehlak kreditlərinin verilməsi ilə bağlı qaydalar sərtləşdirildikdən sonra daha da artmışdı.

Lakin indi əks proses gedir, bankların taksit kartlarından yararlanan müştərilərin sayı xeyliıb. İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, taksit kartlarından yararlanan müştərilərin sayının azalması bankların apardığı siyasətin nəticəsidir: "Bankların taksit kartlarından istifadə edən müştərilərin sayının azalması hadisəsi təbii bir prosesdir. Keçən ilin fevralında olan birinci devalvasiyadan sonra banklar kredit kartlarının fəaliyyətini məhdudlaşdırmaq istiqamətində tədbirlər görməyə başladılar. Bir çox kartların fəaliyyəti həmin dövrdə donduruldu. Sonradan bəziləri bərpa olunsa da, bu ancaq yeni şərtlərlə mümkün oldu. 

Banklar həmin vaxt daha çox xarici valyutada hesabların açılmasına üstünlük verdi ki, vətəndaşlar da bunda maraqlı deyildi. Bu baxımdan da taksit kartlarının istifadəsinin sayında azalma baş verdi. Yəni bankların özlərinin apardığı siyasət buna gətirib çıxardı.  Digər tərəfdən, son dövrlər istehlak kreditlərilə bağlı nəzarətin gücləndirildiyini görürük. 

Taksit kartları ilə verilən kreditlər isə daha çox istehlak kreditlərinə aid olduğundan da prosesin özündə durğunluq müşahidə olundu. Bütün bunlar bank sektorunda yaşanan prosesin bir hissəsidir və bizim görə biləcəklərimizdir. Banklar mümkün qədər kredit portfelini daraltmaq istiqamətində fəaliyyət göstərir. Hazırda 500 milyon manata yaxın taksit kartları ilə verilən kreditlər vardır. Amma bu həcm bundan sonrakı dövrdə daha da azalacaq. Burada prosesin banka olan təsirləri ondan ibarətdir ki, bank risqlər qarşısında kredit portfelini mümkün qədər məhdudlaşdırır. Lakin bunun əvəzində də gəlirlərdən məhrum olur. Vətəndaş üçün isə problem ondan ibarətdir ki, maliyyə əlçatanlığı zaman-zaman daha da çətinləşir. Vətəndaş çətin dövrlərdə vəsait əldə edə bilmir. Eyni zamanda, taksit kartlarına marağın azalmasının biznes üçün də təsirləri olacaq. Bir çox hallarda kredit kartları insanların alış-veriş etmə imkanlarını genişləndirirdi. Bu da iqtisadiyyatın müəyyən qədər dinamikliyini artıran  amillərdən hesab olunurdu. Lakin banklar bu istiqamətdə fəaliyyətlərini daraldacaqlarsa, son nəticədə istehlak qabiliyyəti daralacaq, maliyyə əlçatanlığı, iqtisadi aktivlik aşağı düşəcək.  Eyni zamanda, bankın gəlirləri də azalacaq. Bütün bunların qarışılığında vətəndaşın borclanma prosesinin sürəti nisbətən zəifləyəcək".

"Kapital Menecment" İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli bildirdi ki, taksit kartlarından istifadə edənlərin say baxımdan azalması banklara vəsaitlərini satmaqda çətinlik yaradacaq: "Azərbaycanda taksit kartları əsasən banklar tərəfindən verilən kartlardır. Bu kartlar da daha çox kredit kartı incəliyində idi. Yəni müştərilər ondan həm alış-veriş, həm də digər vasitələrdə istifadə edə bilirdi. İndi nəzərə alaq ki, müddəti bitən kredit kartlarının əvəzində yeni kredit kartı açılmır və müddəti uzadılmır. Belədə  taksit kartlarından istifadə edən müştərilərin sayının azalmasını normal qarşılamaq olar. 

Kartların müsbət xüsusiyyəti ondan ibarətdir ki, istifadə üçün əlverişlidir. Onlardan istifadə alış-verişin canlanmasına da müsbət reaksiya göstərirdi. Azərbaycanda taksit kartlarından istifadənin zəifləməsi banklara vəsaitlərin satılması

və yerləşdirilməsində  çətinlik yaradacaq. Həmçinin, bu prosesin ticarət sektorunda alış-verişə də mənfi təsirlərinin olacağını gözləmək mümkündür".

Sizin Reklam Yeriniz